Rusların Şaxta babadan ən çox istədiyi - İpoteka borcunun silinməsi və ...
Baxiş sayı:
Dərc olunub:
20/11/2017 - 17:33
Rusiyada Yeni il ərəfəsində Şaxta babaya arzular ünvanlanmağa başlayıb.
Trend-in məlumatına görə, Şaxta babaya müxtəlif yaş qrupundan insanlar məktublar yollayır.
Şaxta babadan istənən arzular arasında ipoteka borcunun silinməsi, gənc qızların həyat yoldaşı tapmaq kimi müraciətlər yer alır.
Bundan başqa, 7 yaşlı uşaq öz məktubunda Şaxta babadan kürək və metalaxtaran arzulayıb.
Qeyd edək ki, Rusiyada “əsas” Şaxta baba Novosibirskdə fəaliyyət göstərir və hər il Yeni ilə az qalmış o, Rusiya şəhərlərində səfərləri zamanı məktublar qəbul edir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.