Yalçın İmanov Vəkillər Kollegiyasından çıxarıldı

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında vəkil Yalçın İmanovun kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı qərar qəbul edilib.

APA-nın xəbərinə görə, Rəyasət Heyətinin bununla bağlı məhkəməyə müraciət etməsi qərara alınıb.

Vəkil məhkəməyədək heç bir işə çıxa bilməz.

Qeyd edək ki, Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov bu il avqustun 10-da vəkil Yalçın İmanov haqqında Vəkillər Kollegiyasına şikayət edib.

Şikayətə əsas kimi Yalçın İmanovun Qobustan həbsxanasında Nardaran hadisələri ilə bağlı məhkum olunmuş Abbas Hüseynovun təzyiqlərə məruz qalması barədə açıqlamaları göstərilib.

Penitensiar Xidmət bu məlumatları təkzib edib.

635x100

Şərhlər

surxay 2017-11-20 18:16:35

İndiki vəkillər kollegiyası Yalçın İmanov haqqında fətva veribsə demək ki,Yalçın İmanov müəyyən qəliblərə sığmlr.Yəni dürüstdür,ədalətlidir,haqqı sevəndir,sifarişlə işləməyi sevmir vəs. və i.a..

NURəddin 2017-11-20 18:16:35

BÜTÜN XALQ BİLİR Kİ, YALÇIN İMANOV ÖLKƏNİN ƏN LƏYAQƏTLİ 5-3 VƏKİLƏRİNDƏN BİRİDİR.BİZ DƏHŞƏTLƏR ÖLKƏSİNDƏ YAŞAYIRIQ.

vetendas 2017-11-20 18:16:35

Deyirler ------ Ayinin min oyunu var, o da bir Armudun ustunde! Beli butun uzdeniraq " Islahatlar " hamisi Xalqi susdurmaqa, eymeye, mehv etmeye xidmet edir. Yuksek Esalon ----- Biz deyilik reiyyet, bizlere ne Seriet! -------- suari ile xalqin qanini soraraq yasayir! Ve ne edilirse mehz xalqi mudafie edenleri kenarlasdirmaqa,mehv etmeye xidmet edir. Yatmis Xalqlarsa Ya Mehv Olur, ya Da Qul olaraq Oyanir! Xalqim bunu Unutmamalidir!!!!!!

Son yazılar