İsmayıl Kahraman yenidən Türkiyə parlamentinin sədri seçilib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən deputat İsmayıl Kahraman yenidən Böyük Millət Məclisinin sədri seçilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, noyabrın 20-də ölkə parlamentinə sədr seçkisi keçirilib.

Ədalət və İnkişaf Partiyası qanunverici orqanın rəhbəri vəzifəsinə hazırki sədr İsmayıl Kahramanın, deputatlarının sayına görə Böyük Millət Məclisində ikinci yerdə olan əsas müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Partiyası Zekeriya Temizelin, digər müxalifət təşkilatı Milliyyətçi Hərəkat Partiyası Celal Adanın, yeni yaradılan İYİ Partiya isə tarixci alim Yusuf Halaçoğlun namzirəliyi irəli sürüb. Terrorçu PKK-ya yaxınlığı ilə tanınan müxalif Xalqların Demokrat Partiyası isə terrorçuluğu dəstəkləməkdə ittiham olunaraq, həbs edilən Selma Irmakın namizədliyi verib.

Hakim Ədalət və İnkişaf Partiyası ehtiyat namizəd kimi Adanadan millət vəkili olan Tamer Dağlının da namizədliyi irəli sürüb.

İlk iki turda yeni sədri seçmək mümkün olmayıb. Birinci turda İ.Kahraman 260, T.Dağlı 38, Z.Temizel 113, C.Adan 40, Y.Halaçoğlu 6, Selma Irmak 39 səs qazanıb. Birinci turda heç bir namizəd lazım olan 367 səsi toplaya bilmədiyinə görə parlament sədrini seçmək mümkün olmayıb.

İkinci turda isə İ.Kahraman 257, Z.Temizel 122, S.Irmak 38, C.Adan 40, Y.Halaçoğlu 7, T.Dağlı 37 səs toplayıb. İkinci turda da namizdələrin heç biri 367 səsi toplaya bilmədiyindən 3-cü tur keçirilib.

İkinci turdan sonra T.Dağlı namizədliyini geri götürüb.

Səsvermənin üçüncü turunda 289 deputatın dəstəyini qazanan İ.Kahraman yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Qeyd edək ki, o, 1940-cı dekabrın 7-də Rize şəhərində anadan olub. İstanbul Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

İ.Kahraman ilk dəfə 2015-ci il noyabrın 2-də 316 səs alaraq, parlamentə sədr seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar