ABŞ Zərrabı Türkiyə əleyhinə danışmağa məcbur edir

Türkiyə hökuməti Azərbaycan əsilli iş adamı Rza Zərrabın ABŞ-da həbs edilməsinin hüquqi deyil, siyasi məsələ olduğunu bəyan edib.Hökumət sözcüsü Bəkir Bozdağ bəyan edib ki, ABŞ həbsdə saxladığı iş adamını Türkiyəyə qarşı ifadələr verməyə məcbur edir: “Daha əvvəl də demişdik, Rza Zərrab məsələsi Türkiyəyə qarşı bir tələdir. Bu işin hüquqi təməli demək olar ki, yoxdur və siyasidir. 17-25 dekabrda FETÖ-nün edə bilmədiyi hüquq çevrilişinin ABŞ-ın əli ilə təkrarlanmasıdır. Zəhərli ağacın meyvəsi də zəhərli olar. Mövcud olmayan faktlar və sənədlər əsasında guya istintaq aparırlar. Türkiyə bir hüquq dövlətidir və bütün ticarət məsələləri qanun çərçivəsində həyata keçirilir. Hər hansı bir hüquqazidd sövdələşmənin olması mümkün deyil. Bəzi qüvvələri bu yollarla Türkiyənin iqtisadi əlaqələrinə zərbə vurmaq istəməsi də açıq-aydın görünür”.

Rəsmi Ankara adından çıxış edən Bəkir Bozdağ əlavə edib ki, ABŞ təqsirləndirilən şəxslər üzərində təzyiq yaradır: “Onlar indi girov kimi saxlanılır və bildirilir ki, bu ifadələri versəniz, cəzanız nə qədər azalacaq. Onları Türkiyə əleyhinə ifadələr verməyə məcbur edirlər. Bir daha bəyan edirəm ki, Türkiyəyə qarşı qurulmuş bu tələnin heç bir hüquqi əsası yoxdur”.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanskiyaları pozmaqda təqsirləndirilir (Lent.az).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar