Siyasətçi aktrisanın başını gətirənə 1,5 milyon dollar söz verdi

Hindistanın iki aparıcı partiyasından biri olan “Bharatiya Canata Parti”nin rəhbərlərindən biri, onun fikrinə görə, ölkənin tarixinə həqarət sayıla biləcək rolu ifa etmiş aktrisanın başını gətirənə 1 milyon 500 min dollar mükafat təyin edib.

Virtualaz.org “The Economic Time” nəşrinə istinadən xəbər verir ki, “Padmavati” adlı filmdə induist kraliçanın müsəlman lider Ələuddin Hilci ilə münasibətlərindən bəhs edilir. Film dekabrın 1-də ekranlara çıxmalı idi, lakin cəmiyyətdə böyük səs-küyə səbəb olduğu üçün premyera təxirə salınıb.

Siyasətçini hiddətləndirmiş kraliça rolunun ifaçısı isə Bollivudun ən məşhur akrisalarından biri Dilika Padukonedir.

Öz növbəsində, partiya öz rəhbərlərindən birinin bu cür qaniçən təklifini qınayıb.

635x100

Şərhlər

dadaşyev 2017-11-20 20:19:10

A bala,ay indus mən deyən,30 il qabaq Salman Rüşdi kimi vicdansız sizin içinizdən çıxanda niyə təpki göstərmədin?Rəhmətlik Xomeyni onun başına pul təyin etdi peyğəmbəri təhqir etdiyinə görə,gizlətdiniz,aradan çıxartdınız,qaçırtdınız Avropaya,səsi sonra İngiltərədən gəldi.Bu xanım onunla müqayisədə nə günahın sahibidir ki?Aktrisadı,rol veriblər oynayıb,pulunu qazanıb.Kaş mənimlə də rola çəkiləydi,kino bəhanəsiylə bağrıma basaydım.Keçiləsi şey deyil,mən ölüm.

Son yazılar