ABŞ-ın SSRİ ilə müharibə planı üzə çıxdı

Dərc olunub: 20/11/2017 - 21:25

kremlVaşinqton rəhbərliyi 1962-ci ildə baş verən Kuba böhranı ilə bağlı SSRİ ilə müharibə planlayıb.

Axar.az xəbər verir ki, ABŞ Milli Arxiv İdarəsi 1963-cü ildə ölkənin 35-ci prezidenti olmuş Con Kennedinin sui-qəsdə qurban getməsindən sonra gizli sənədləri ortaya çıxarıb. Məhz burada 1962-ci ilə aid Kuba raket böhranı ilə bağlı mühüm detallar məlum olub.

“Deyli Keller”in sözügedən sənədlərlə bağlı məlumatında qeyd edilir ki, 22 mart 1962-ci il tarixində keçirilən bir toplantıda ABŞ baş prokuroru Sovet təyyarələri istehsal etməyi və ya satın almağı təklif edib. Bundan sonra isə rus təyyarəsinin ABŞ hərbi bazasına hücum görüntüsünü yaratmaqla, müharibə planını açıqlayıb.








loading...


Fikrinizi bildirin