700 yaşlı Tövratı oğurlayanlar yaxalandı - FOTO

700 yaşlı Tövratı oğurlayanlar yaxalanıblar.

Kulis.az xəbər verir ki, oğrular Türkiyənin Muğla şəhərində tarixi kitabı satmaq istəyərkən cinayət üstündə tutulublar.

Belə ki, 700 yaşlı kitabın satılması xəbərini alan polis özünü müştəri kimi təqdim edərək, onlarla görüşüb və kitabı gətirənlər saxlanılıb.

Dörd nəfərdən ibarət olan cinayətkar qrupun müvafiq maddəyə uyğun olaraq cəzalandırılacağı bildirilib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar