ABŞ Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə edib

Rəsmi Vaşinqton Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə edib.APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Bu, Şimali Koreyaya qarşı daha çox sanksiyaların tətbiqinə səbəb olacaq", deyə Tramp bildirib.

Qeyd edək ki, 2008-ci ildə ABŞ Dövlət Departamenti Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb.

Beləliklə, hazırda terrorizmi dəstəkləyən dövlətlər siyahısında 4 ölkənin adı var: İran, Sudan, Suriya və Şimali Koreya.

635x100

Şərhlər

dadaşyev 2017-11-20 23:11:32

ABŞ-ı da Türkiyə terroru dəstəkləyən dövlət kimi görür Suriyada.PYD-lə PKK-nı silahla,pulla yağlayan bir dövlət.Bizim məşhur aşyeyən din adamlarımızdan biri belə yerdə Trampa deyərdi:"A kişi,.... danışma sən atovun göru".

Son yazılar