İsrailli nazir ərəbləri İrana qarşı birləşməyə çağırdı! - Fələstini İranmı işğal edib?

Dərc olunub: 21/11/2017 - 00:18

Liberman«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin müdafiə naziri Avidqor Liberman «mötədil» ərəb ölkələrini yəhudi dövlətinə yönəlik münasibətlərdə «yeni səhifə açmağa» və İranla mübarizə üçün bölgəsel koalisiya yaratmağa çağırıb.
O, Yaxın Şərq liderlərini Misirin eks-prezidenti Ənvər Sədatın nümunəsini davam etdirməyi məsləhət görüb. Məlumdur ki, tam 40 il bundan əvvəl Ənvər Sədat Yerusəlimə tarixi səfər edib. Ərəblərin tarixində Ənvər Sədatın bu səfəri tarixi xəyanətlərin ən bariz nümunələrindən biri sayılır…
«Bu gün, onun İsrailə səfərindən 40 il ötəndən sonra, mən bizim bölgənin liderlərini Ənvər Sədatın nümunəsini davam etdirməyə – Yerusəlimə gəlməyə və nəinki İsrailin ərəb dünyası ilə münasibətlərində, həm də bölgələrarası münsibətlərdə yeni səhifə açmağa çağırıram» – deyə, Liberman «Fasebook» sosmal şəbəkəsində yazıb.
O, bölgədəki qonşularına daha bir təkliflə müraciət edib – İrana qarşı «mötədil ərəb ölkələri»nin koalisiyasını yaratmağı məsləhət görüb. Sanki Fələstin torpaqlarını İsrail yox, İran işağal edibmiş, Qəzza sektorunda «açıq səma altında böyük əsir düşərgəsi»ni İran yaradıbmış!..
«Yaxın Şərqə, mötədil ölkələrin İrana qarşı koalisiyasının yaralılması bu gün, əvvəllər heç vaxt olmadığı qədər vacibdir. İŞİD-ə  qarşı koalisiya öz işini başa çatdırıb. İŞİD-dən sonra – İrandır!» – deyə, İsrailin müdafiə naziri gələcək planları «anons» edib.
Yaxın Şərq gücləri bloku, ilk növbədə, Fars körfəzindəki monraxiyalar ilə «yaxınlaşmaq» çoxdan İsrail diplomatiyasının əsas vəzifələrindən biri elan olunub. İsrail diplomatiyası bunu guya, İranın bölgəyə ekspanisiyası ilə əsaslandırır, amma gerçəkdə, bu siyasət İslam dünyasını bir daha parçalamağa, ərəb dünyasını tamamilə əldən sadmağa xidmət edir – İran sadəcə, bəhanədir…
Məlumdur ki, ərəb dünyası rəsmi olaraq, hələ də İsraillə diploimatik münasibətlərin qurulması məsələsində ilkin şərt kimi Fələstin münaqişəsinin həlli tələbini ortadan götürməyib. Məhz bu tələbin yerinə yetirilməməsi səbəbilə, İordaniya və Misirdən başqa heç bir ərəb dövləti İsraillə diplomatik münasibət qurmayıb.
Göründüyü kimi, bu siyasəti ilə İsrail necə deyərlər, «bir güllə ilə iki dovşan vurmaq» niyyəti güdür. Bu məsələdə onun ən yaxın yardımçısı Səudiyyə Ərəbistanıdır…


loading...




Fikrinizi bildirin