Qara dənizdə Fransanın «görünməz freqat»ı qeydə alınıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransa hərbi-dəniz qüvvələrinin (HDQ) La Fayette sinifindən olan raket «görünməz freqat»ı Qara dəniz hövzəsinə daxil olub. İnformasiya və fotoşəkillər Bosfordan keçən hərbi gəmilərin hərəkətini izləyən türkiyəli qaynaqçıların «Tvitter» mikrobloqu səhifələrində yer alıb.

Şəkillərdən görünür ki, freqat «F714 Guepratte» Qara dənizə doğru irəliləyir.

Açıq mənbələrin məlumatına görə, gəminin su tutumu 3,2 min ton təşkil edir. Onun gövdəsi «stels» texnologiyasının tətbiqi yolu ilə hazırlanıb. Fransa müdafiə nazirliyinin saytında deyilir ki, freqat böhran rayonlarında istifadə təyinatlıdır - göyərtəsində bir neçə raket və «Panther» vertolyotu daşıyır. La Fayette sinifi 5 gəmidən idarətdir ki, onlardan birincisi 1992-ci ilə suya buraxılıb.

Bu, Fransa döyüş gəmisinin Qara dənizə ilk girişi deyil. Həmin sinifdən olan Fransa freqatı bundan əvvəl Qara dəniz hövzəsində cari ilin martında olub. O, Rumıniyanın Konstansa limanında olub və həm də Rumıniya HDQ ilə birgə təlimlərdə iştirak edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar