Yunker Kataloniyadakı vəziyyəti «fəlakət» adlandırıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Komissiyasının (AK) prezidenti Jan-Klod Yunker «El Pais» qəzetinə verdiyi müsahibədə Kataloniyadakı vəziyyəti «fəlakət» adlandırıb.

Onun sözlərinə görə, Kataloniya -«böyük problemdir». Yunker hesab edir ki, situasiya bölgədə «İspaniya və Kataloniya cəmiyyətlərində» daxili parçalanma doğurub - «ailələr daxilində, dostlar arasında» problemlər yaradıb.

«Yaranmış situasiya mənim xoşuma gəlmir: Bu, fəlakətdir! Bu, heç vaxt olmamalı idi...» - deyə, Avrokomissiya başçısı bildirib.

Kataloniya parlamenti oktyarbın 1-də keçirilmiş referendumun nəticələrinə əsasən, oktyabrın 27-də müstəqillik haqqıqda bəyannamə qəbul edib. Madrid isə nə referendumu, nə də Kataloniya deputatlarının və hökumətin qərarlarını tanımayıb. Kataloniya parlamenti buraxılıb, muxtariyyət de-fakto müvəqqəti ləğv edilib və konstitusiyanın 155-ci maddəsinin tətbiqi ilə ərazidə mərkəzi idarəetmə tətbiq olunub. Müstəqillik haqqında Bəyannamə İspaniyanın Konstitusiya məhkəməsi tərəfindən hüquqi qüvvəsiz elan edilib.

Kataloniya parlamentinin deputatlarının bir hissəsi həbs olunub. Bölgə jeneralitetinin sabiq prezidenti Karles Puçdemon isə 4 nəfər silahdaşı ilə birlikdə Belçikaya qaçıb. Bu ərəfədə o, «mühacirət hökuməti» yaradacağını bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar