Bakının Nizami rayonunun qaz təchizatı məhdudlaşdırılır

Dərc olunub: 21/11/2017 - 09:49

gas_closed_200415 (1)Bakı şəhər Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxananı təbii qazla təmin edən diametri 159 millimetrlik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış siyirtmənin yenisi ilə əvəzlənməsi zərurəti ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Sosial səhifələrdə paylaş


loading...




Fikrinizi bildirin