Keçmiş MTN mayoru apellyasiya şikayəti verib

Dərc olunub: 21/11/2017 - 10:36

b9c1f4dc-5e72-421b-ac1a-aa6087c302a9_292Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Bu barədə “Report”a onun vəkili Anar Qasımlı bildirib.
Onun sözlərinə görə, apellyasiya şikayəti Bakı Hərbi Məhkəməsinə təqdim edilib.
Vəkil bildirib ki, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, hökmə əsasən, Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların əmlakı müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.


loading...




Fikrinizi bildirin