AEROPORT GÖMRÜYÜNDƏ ÖZBAŞINALIQ - Gecəyarısı rejissor və ailəsinə zülm verdilər + VİDEO

Gömrük orqanlarının, xüsusilə də sərhəd-buraxılış məntəqələrinin işindəki çatışmazlıqlara görə şirkətlər də, sahibkarlar da, ölkədən çıxan və ölkəyə qayıdan adi vətəndaşlar da şikayət edirlər. Təəssüf ki, Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanı da istisna deyil. Çatışmazlıq öz yerində, amma Cəfər Axundzadənin hava limanının gömrüyündə başına gələnləri gömrük xidmətinin özbaşınalığından başqa heç cür adlandırmaq olmur.

Cəfər Axundzadə

Cəfər özünə qarşı dərhal simpatiya yaradan adamlardandır. Davranışı və danışığı onun tərbiyəli və savadlı adam olduğunu büruzə verir. 10 ildən çox Moskvada çalışmış bədii filmlərin rejissoru və ssenari müəllifi, sonradan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi üzrə növbəti filmin çəkilişlərindən sonra bu cür mütəxəssislərin çatışmadığı Vətəndə qalaraq işləyən biri başqa cür ola da bilməz. İndi Cəfər “Cinema Plus” kinoteatrlar şəbəkəsinin baş direktorunun müavini vəzifəsində işləyir. Tez-tez xarici ölkələrə ezamiyyətlərə gedir və bir çox dövlətlərdə gömrük qaydaları və ənənələri ilə yaxından tanışdır.

“Yolda hər şey baş verə bilər, amma Bakı hava limanında qarşılaşdığım özbaşınalığı başqa heç bir yerdə görməmişəm", - sakit qalmağa çalışan Axundzadə deyir.

– Mən artıq vəkilə müraciət etmişəm və o, yalnız öz dediklərinə görə gömrük orqanlarına aid olduqları barədə fikir yaradan insanlara qarşı cinayət işinin başlanmasına nail olmağa vəd verib. Onlar hamısı mülki geyimdə gəzirlər, heç bir fərqləndirmə nişanları yoxdur, özlərini təqdim etməyi xahiş edəndə isə uzaq başı adlarını deyirlər. Axı bunlar dövlət tərəfindən yalnız iqtisadi təhlükəsizlik məsələlərini həll etmək səlahiyyəti almış adamlar deyil. Ölkəyə gələn əcnəbilər gəldikləri ölkə barədə ilk olaraq onlara görə fikir formalaşdırırlar.

Cəfər ailə üzvləri, uşaqları və ailə dostu ilə birgə istirahət etdiyi Misirdən uçub gəlib. Böyük bir dəstə adamla yaxşı istirahət etdikdən sonra evə qayıdıblar.

Misirdə havaya qalxmış təyyarə Tbilisidə eniş etdikdən sonra noyabrın 19-da gecə saatlarında – təxminən saat 3-də Bakıda yerə enib. Gecə vaxtı bir neçə saatlıq uçuşdan sonra sərnişinlərin vəziyyətini təsəvvür etmək elə də çətin deyil, uşaqlar isə ümumiyyətlə böyüklərin əli üstə yatırlar. Lakin gömrükçülər bunu başa düşməyə çalışmayıblar...

Bütün sərnişinləri toplayaraq özünü gömrük işçisi kimi təqdim etmiş bir kişi xüsusi bəyannamə tələb edən mal və əşyaların olub-olmamasını soruşub. İnkar cavabı aldıqdan sonra o, hamını “qırmızı dəhliz”ə salıb, halbuki şübhə doğurmayan səyahətçilər üçün asanlaşdırılmış buraxılış prosesi nəzərdə tutulan “yaşıl dəhliz” də mövcuddur.

Fəqət Bakı gömrükçüləri bu sadələşdirilmiş dəhlizə girişi ciddi-cəhdlə bağlayırlar. Bunu yalnız Axundzadə demir, paytaxtımıza gələn minlərlə başqa aviasərnişin də söyləyir.

“Qırmızı dəhlizlə bitsəydi, dərd yarı idi, - Cəfər sözlərinə davam edir. – bizdən cibimizdəki bütün əşyaları çıxarmağı və yükləri yenidən skanerdən keçirməyi tələb etdilər. Mən gömrük işçilərinin birindən soruşdum ki. bizi niyə belə incidirlər – axı adamlar yorulub, uşaqlar yatıb. O dəqiqəyə kimi biz artıq üç sərhəd nəzarət yoxlanışından keçmişdik, yüklər isə Bakı nəzarətindən də keçməyə macal tapmışdı. Lakin gömrükçü sanki elə mənim sualımı gözləyirdi: “Hə, ağıllı çıxmısan? Hüquqlarını bilirsən? – həyasızlıq etməyə başladı. – tez ol, hər şeyi ciblərindən çıxar”.

Gömrük əməkdaşı Elvin Babayev

Mülki geyimli şəxsin bu cür davranışı Cəfəri əsəbiləşdirib və o bildirib ki, kiminlə söhbət etdiyini bilmir və yeklərinin polisin iştirakı ilə baxışdan keçirilməsini tələb edir. Onu hansısa otağa aparırlar və burada cibində olanlarla bir daha maraqlanırlar. Cavab əvvəlki kimi olur – yalnız şahidlərin və polisin iştirakı ilə. Özündən çıxmış gömrükçü, görünür, sərnişinin polisin çağırılması ilə bağlı israrlı tələbini unudaraq, özü polisi çağıracağı ilə hədələməyə başlayır, lakin sonradan özünə gələrək, cibləri boşaltmağı xahiş edir. Hadisə səhərə yaxın baş verir. Cəfərin qızı çamadanın üstündə yatıb, Axundzadə özü isə yol yorğunluğu və gömrükçülərin hərəkətindən bezərək tələbə riayət edir. Ondan ayaqqabılarını, üst geyimini çıxarmağı da istəyirlər – buna da razılaşır ki, tez canını qurtarıb evə yollansın.

Laçın Dadaşov

Lakin məhz bu zaman tamamilə ağlasığmaz hadisələr baş verməyə başlayır. Sən demə, Cəfərin dostu bütün olanları telefona çəkirmiş. Bunu görən mülki geyimli bir neçə özünü gömrükçü elan edən şəxs onu başqa bir otağa aparırlar, telefonunu əlindən alırlar və çəkilmiş videonu yaddaşdan silirlər.

Bundan sonra onları açıq-aşkar məsxərəyə qoymağa başlayırlar: bir neçə dəfə çamadanlar açılır, hər geyim əşyası nəzarətdən keçirilir. Bu cür fövqəladə yoxlamaya məruz qalmış binəvalar çamadanlarını bağlayan kimi gömrükçülər, sanki nəyisə xatırlayaraq, yenidən onları açır və əşyaları ətrafa yayırlar. Cəfərin dostu dözmür və baş verənləri yenidən çəkməyə başlayır. Buna görə onu otaqdan çıxarmağa çalışırlar. Lakin bu “həvəsə gəlmiş” gömrükçülərə az görünür. Onlar it gətirir və heyvan hamını iyləməyə başlayır. Cəfərin qızı elə qorxur ki, burnundan qan açılır. Lakin atasını onun yanına buraxmırlar.

Ən nəhayət, polis əməkdaşları gəlir, lakin özlərinin dediyi kimi, onları gömrükçülər çağırıbmış. Polis əməkdaşlarından biri Cəfərin bu vaxta kimi mülki geyimli şəxslərə vermək istəmədiyi pasportunu alır və nəyə görəsə dərhal mülki geyimli bir şəxsə ötürür. Düzdür, pasportun sahibi öz hüquqları barədə danışmağa başlayan kimi polis əməkdaşı sənədi gözdən keçirən adamdan pasportu alır. Sanki üzr istəyərək, polis əməkdaşı Cəfərə pıçıldayır ki, bu gömrükçülər onları həddən ziyadə bezdiriblər, amma yeri gələndə polis onların eyiblərini örtməlidir.

Vüsal Məcidov

Onun nə dərəcədə səmimi olduğunu demək çətindir, lakin hətta polisin gözləri önündə belə gömrükçülər Cəfərin yükünü müsadirə etmək qərarına gəlir. Elə-belə, rəsmiləşdirmədən və səbəbini izah etmədən. Belə olan halda artıq polis əməkdaşlarının səbri tükənir və onlar gömrükçülərdən sərnişinə baş verənlərin və yükün nəyə görə belə canfəşanlıqla nəzarətdən keçirilməsinin səbəbini izah etməyi tələb edirlər. İşin belə hal almasındaan təəccüblənmiş gömrükçülər çaşqın halda bir-birlərinə baxır və sanki fikirləşib tapmağa çalışırlar ki, nəyə “ilişsinlər”. Tapa bilmirlər və nəhayət, Axundzadə yol yoldaşları ilə evinə yollanır.

Çox ümid edirik ki, burada təsvir edilmiş hadisəyə gömrük rəhbərliyi diqqət yetirəcək. İstənilən halda, tərəflər məhkəmədə görüşəcək və canfəşanlıq edən mülki geyimli xidmətçilər izahat verməli olacaqlar. (virtualaz.org)

635x100

Şərhlər

cəngərlik sakini 2017-11-21 11:11:43

kim bu millətin nə vəziyyətdə olmasını bilmək istəyir?getsin gürcüstan və rusiya sərhəddinə.görsün ki,öz PEYSƏRLƏRİMİZ milləi nə günə qoyur.ruslar bizə tulçinka (yağ adıdır) deyir.100 m məsafə, əldə ağır sumkalar.sigan günündə.

Müfəttiş 2017-11-21 11:11:43

Gömrük və YPX-a irad tutanlar bilməlidirlır ki, bu qurumların xüsusi xəzinə dolduran statusları var, özlərini yormasınlar....

Roma 2017-11-21 11:11:43

Öz millətinin qanına susayan məmurlar (bu bütün Azərbaycan məmurlarına aid deyil, onların da aralarında yaxşıları az deyil) mən deyərdim ki, bizdə yəni Azərbaycanlılarda daha çoxdur.

Xalq 2017-11-21 11:11:43

Allah belanizi versin. Nece ki verecekde.

sevda agakiwiyeva 2017-11-21 11:11:43

komruk rehberliyi?sene yarrrrrr-senden yarrrr wikayetim varrrrr.mahnisi yadima duwdu)...............

Roma 2017-11-21 11:11:43

Yazıdan sitat "Cəfər özünə qarşı dərhal simpatiya yaradan adamlardandır. Davranışı və danışığı onun tərbiyəli və savadlı adam olduğunu büruzə verir". Bu sözlərlə tam razıyam, mən Cəfər Axundzadəni şəxsən tanımıram, ancaq onun şəkillərinə əsasən deyərdim ki, çox ləyaqətli, savadlı, bir sözlə ziyaılığı alnına yazılmışdır. Gömrükçü məmurların hərəkətlərindən təəsüflənirəm. Polis əməkdaşı haqqında nə müsbət, nə də mənfi fikir söyləyə bilmərəm, səmimi insana oxşayır.

NURəddin 2017-11-21 11:11:43

BÜTÜN BUNLARIN 1-CƏ SƏBƏBİ VAR. ONU DA HAMI ƏLA BİLİR.

ilqar 2017-11-21 11:11:43

hormetli azpolitka yumruq vuranin miliyetin oyrenin?

Sərnişin 2017-11-21 11:11:43

Gğmrükçülərin region tərkibinə baxan olsa xeyli işlər bəlli olar. Adam Bakı aeroportuna endikdə ilk narahatçılığı gömrük işçiləri və sonra taksi sürücüləri olur.Bu eybəcərlik isə illərdir davam edir.Bir qayda yaradan olmur.Belə hallar xüsusən Bakiya gələn əcnəbilərn narahatlığına və bəzən kriminal hallara səbəb olur.Aeroportda gömrülçülərin yaratdığı xoşagəlməz hallar ( sərnişin hər hansı bir ölkədə təyyarəyə minərkən bir neçə nəzarəti keçmiş olurj sərnişinləri haqlı narazılığına səbəb olur.

x 2017-11-21 11:11:43

ozbasnaliq bas alib gedir

NUReddine 2017-11-21 11:11:43

Bilirik,a Bey, bilirik, hele hormetli saytda (redaksiya,R.Q.)bilir.

Vahid 2017-11-21 11:11:43

Gömrük bir region adamlarından təşkil olunduğundan və məqsəd insanların əsəblərini korlamaq.əllərindən olanın ələ keçirilməsi üçün planlar qurmuş.heç bir qanuna və hummanizmə yerləşməyən özlərinə məxsus qaydalar düşünmüş özbaşına və həm də arxalarında durana söykənmiş,bir qrupdur.Onlar o qədər işə girərkən verdikləri rüşvətə və onları işə düzəldən qohumlarına arxayındırlar ki,ağılların hər gələni edirlər.Heç polis də işlərinə qarışmır.Bu da özbaşınalığın yaranmasına şərait yaradıb.

dadaşyev 2017-11-21 11:11:43

Aeroport binasının üstünə belə bir şüar yazdırıb asdırsın Cahangir müəllim."Çap o çapsın,mən çapım,sən çap,qoy biz də çapaq.Çap,gələcək günlərin əlindən sevinc qapaq. İmza:Xandəmirov.Qasım bəyin arkadaşı".Gələn gedən də oxusun,çırtıq çalıb oynasın şadlığından,desin "Ay maşallah,iri-iri gözlərin.Yandım ay Allah,qara-qara gözlərin".

Alieev 2017-11-21 11:11:43

ele bildim Azerbaycanlilarimiz ermeni gomruyunden ke4ir , sen bu sarkisyan cildine girenlerin ferasetine bax

Son yazılar