“GÜNEL BOĞULANDA ORDA İDİM...” - Minbir yalandan sonra deputatın oğlundan etiraf

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov model Günel Mirzəyevanın ona məxsus olan yaxtada boğulmasına münasibət bildirib. “Qafqazinfo”ya daxil olan açıqlamada deputatın oğlu hadisənin təfərrüatlarını danışıb:

“... 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisələrin gedişatına təsir edə bilmədim. Buna görə dərin peşmançılıq hissi keçirəm. Əgər onun yanında olsaydım Güneli mütləq xilas edə bilərdim. Çünki üzməyi çox yaxşı bacarıram və həyatımda Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm.

... Demək olar ki, 4 gün boğulmuş qızın meyitini axtardıq. Və bu müddət ərzində Günelin valideynləri və bacıları ilə birgə sahildə olduq. Bu gün də onların yanındayıq. Dostumuzun faciəli ölümündən yaxınları qədər biz də təsirlənmişik. Bu dərd, bu yara ölənə qədər qəlbimizdə qalacaq...

Əlbəttə ki, Günelin ölümü ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılıb. Gizlətməli heç nə olmadığından hadisəni təbii ki, olduğu kimi danışdıq. Hərtərəfli araşdırmadan sonra bu, bədbəxt hadisə kimi qiymətləndirildi və cinayət tərkibi olmadığından işə xitam verildi".

H.Axundov daha sonra bildirib ki, faciənin ilk günü sahildə olan söhbətlərə "gizli-gizli qulaq asan və oğrun baxan yad insanları" görüb. Daha sonra həmin insanlar Günelin valideynlərilə yaşadığı evin qarşısında da peyda olublar. "Dəfn zamanı isə qəbiristanlıqda şəkillərimi çəkməyə cəhd etdilər. Başa düşdüm ki, bu, 5 ildir mənə və anama – Milli Məclisin deputatı Elmira Axundovaya qarşı mətbuat, xüsusilə də internet-saytlarda sifarişli məqalələri təşkil edən düşmənimin işidir. Bu adam öz maşınında dəfələrlə mərhumun evi önündə gəzərək nələrəsə boylanırdı. Düşündüm ki, tezliklə yeni sifarişli məqalələri gözləmək lazımdır. Və, yanılmadım".

Bu "çirkin sifarişin" arxasında dayanan insana gəldikdə isə, deputat oğlu bildirib ki, həmin şəxs saxtakarlıq və fırıldaqlarını davam etdirərək ona qarşı “dəlillər” axtarışındadır. "Həmin adam bir neçə ay Fövqəladə Hallar Nazirliyinə (FHN) gedərək öz vəkillərinə 24 iyun hadisəsilə bağlı 7 suala cavab vermələrini tələb edib.

Onu qane edən cavabı əldə edə bilməyərək bu adam işə criminal.az saytının rəhbəri Anar Şahin oğlu Məmmədovu da cəlb edib. Noyabrın 2-də bu saytda “Deputat oğlunun adının çəkildiyi modelin ölümü: Nazirlikdən gələn sirli məktub” adlı məqalə dərc edilib. FHN-in dərc edilmiş cavabı ilə baş vermiş hadisə arasında bir sıra uyğunsuzluq və qeyri-dəqiqliklər qeyd olunub. Elmira Axundova bu uyğunsuzluqlara mətbuatın diqqətini cəlb edərək yeniçaq.az saytının suallarını cavablandırıb.

002

Bütün bunlar mənə və ailəmə qarşı yeni kampaniyanın başlanmasına səbəb oldu. Və bu hadisədə ən xoşagəlməz məqam – bəzi saytların ucuz sensasiya dalınca qaçaraq, bütün əxlaqi normaları unudaraq mərhumun adının ləkələməsi, şəxsi şəkil və videolarını dərc etməsi, bununla da Günelin ailəsi və yaxınlarına yeni əzablar vermələridir. Günelin ailəsi bütün bunlardan məndən də artıq hiddətlənib və bildiyim qədər hüquq-mühafizə orqanlarına müvafiq müraciət ünvanlayıblar.

Sual olunur: əgər düşmənlərimin mənə qarşı hansısa etirazı varsa, o zaman nə üçün öz haqlılıqlarını sübuta yetirmələri üçün məhkəməyə müraciət etmirlər? Nə üçün çirkin kampaniyalar aparmaları üçün mətbuata müraciət etməsini üstün tuturlar? Və bütün bunlara mərhum Günel Mirzəyevanın nə aiddiyyatı var? Cavab aydındır: bu insanlar üçün müqəddəs heç nə yoxdur və onlar bütün əxlaqi dəyər və qadağaları tapdalayaraq öz istəklərinə nail olmağa çalışırlar.

Fövqəladə Hallar Nazirliyinin cavablarına gəldikdə isə, bütün bunlar həqiqətən də saxtalaşdırılıb. Vəkillərimizin sorğusundan sonra Nazirliyin rəsmi cavabını aldıq: “17 oktyabr 2017-ci il tarixdə “Criminal.az” saytının baş redaktoru Anar Şahin oğlu Məmmədov tərəfindən Günel Rəşid qızı Mirzəyevanın ölümü ilə bağlı bədbəxt hadisə barədə informasiya sorğusu verilmişdir.

30 oktyabr 2017-ci il tarixdə informasiya sorğusunda verilən suallardan biri cavablandırılmış, digər suallarla bağlı məlumatın nazirlikdə olmaması barədə ərizəçiyə cavab verilmişdir. Cavaba məktubunun surəti əlavə olunur”.

Cavab nazirliyin Sənədlərlə və Vətəndaşların Müraciəti ilə İş İdarəsinin rəisi Mehriban Səadətxan tərəfindən imzalanıb. Beləliklə də fərziyyələrimiz tamamilə öz təsdiqini tapdı...

Mənə gəldikdə isə, adi insanam, məndən hansısa bədheybət və ya avara düzəltmək lazım deyil. Gənc yaşlarımdan bizneslə məşğulam, zəhmətkeş insan kimi səhərdən-axşamadək çalışıram. 31 yaşım olduğuna baxmayaraq, artıq həyatda nələrəsə nail ola bilmişəm. Bu gün müxtəlif illərdə 100-ə qədər insanın çalışdığı kollektivə rəhbərlik edirəm. Vicdanla işləyərək, vaxtı-vaxtında vergi də ödəyirəm.

Bir sözlə, biznesimlə istər ətrafımdakı insanlara, istərsə də dövlətimə xeyir gətirirəm. Asudə vaxtlarımda idmanla məşğulam, ekstremal idman növlərini sevirəm. Mətbuatda yazıldığı kimi, xarici banklarda hesabım, digər ölkələrdə villalarım, bahalı maşınlarım yoxdur. Hətta yol hərəkəti qaydalarına da riayət edirəm. Hər-halda Dövlət Yol Polisi İdarəsi bir dəfə də olsun məni cərimələməyib.

Mən ailəmi, Azərbaycanımı və Prezidentimi çox sevirəm. İnanın bu, gurultulu sözlər deyil. Kədərli haldır ki, həyatda uğur qazana bilməyən, öz taleyindən narazı olan bu cür nakam insanlar mətbuat vasitəsilə məni, dövlət qarşısında böyük xidmətləri olan anamı və bütün ailəmi ləkələməyə çalışırlar. Belə olan halda soruşmaq istəyirəm: “Mühakim kimdir?”

Criminal.az saytının saxtakaqlığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik. Fürsətdən istifadə edərək Baş Prokurorluğun Criminal.az saytı tərəfindən FHN-in cavablarının saxtalaşdırılması faktını araşdırmasını və günahkarların məsuliyyətə cəlb olunmasını bir daha xahiş edirəm. Həmçinin mənə və mərhum Günel Mirzəyevaya qarşı çirkin kampaniyaya son qoyulması üçün Azərbaycan mətbuatına da müraciət edirəm”.

"AzPolitika"dan: Deputat oğlunun model Günel Mirzəyevanın müəmmalı ölümü ilə bağlı minbir yalandan və təkzibdən sonrakı bu etirafı maraqlıdır. Xatırlatmaq yerinə düşər ki, hələ bir neçə gün əvvələdək o, ümumiyyətlə Günel Mirzəyevanı tanımadığını bəyan edirdi. Məsələn, cəmi 2 həftə əvvəl H.Axundov elə criminal.az saytının əməkdaşının sorğusuna cavab olaraq bunları demişdi: ”Deyilənlərin hamısını yayan bəzi insanlar var. Onların yaydığı informasiyalar sənə də çatıb. İş məhkəmədədir, məhkəmənin nəticəsi barədə məlumat tutarsız. Nə qız məsələsi? Mənim başqa işlərim var. Güneli isə tanımıram. Mənim yaxtam da yoxdur. Mənim daha heç nəyim yoxdur. Özünüz nə istəyirsiz araşrıdın. Nə istəyirsiniz yazın. Siz prokurorsuz, polissiniz ki, sizə məlumat gəlir? Sorğu verin, nə cavab alırsınız yazın. Məni daha narahat etməyin. Bu məsələ ilə bağlı heç bir fikrim yoxdur”.

Maraqlıdır, necə oldu ki, cəmi 2 həftə əvvəl Güneli tanımayan bir şəxs, bu gün yuxarıda təqdim etdiyimiz bəyanata imza atdı?

H.Axundovun və anasının aylardır davam edən təkzibləri, indi isə birdən-birə əzabkeş obrazında ortaya çıxıb hər şeyi etiraf etməsi, bir daha onu göstərir ki, model Günel Mirzəyevanın ölümündə hansısa qaranlıq məqamların olduğu barədə medianın şübhələri əsaslı olub. G.Mirzəyevanın ölümü adı faciə idisə, məsələni bu qədər dramatikləşdirməyə nə ehtiyac var idi? Elə ilk gündən çıxıb hər şeyi olduğu kimi danışmaq olmazdımı?

Bu suallara istintaq aydınlıq gətirməlidir. Lakin çətin ki, gətirsin...

V.Nəsibov

635x100

Şərhlər

turan 2017-11-21 12:40:02

Qadinin hansi eqide sanibi olmasindan asili olmayaraq o esl kishi yaninda qadindir ve ona guvenir eyer ki,bu kishi bioloji yox menen kishi terbiyesi gormush kishi coreyi yemish biridirse

dadaşyev 2017-11-21 12:40:02

Bax indi icazə ver səndən şübhələnək.Bəs deyirdin tanımıram onu?Jurnalistlər düz edir araşdırır;əgər yalan dediyini bu gün etiraf etmisənsə,sabah daha nələri etiraf edə bilərsən?Nə düşmən axtarırsan Stalin kimi?Dara düşən kimi də Prezidentimizə sevgidən dəm vurur hamısı.Əksinə,sizin kimilərinin cahil ərəb varlılarına xas həyat yaşamaları dövlətçiliyimizə ağır zərbədir.Sizləri görəndə sabahlara ümidsiz olur hamı.Gül kimi qız sənə etibar edib olub səninlə.Kasıb olsaydın,fırtına da olsa dənizə kəllə vurardın.

dadaşyev 2017-11-21 12:40:02

davamı;Naz-nemət içində gen-bol yaşayan sənin kimilər dənizdə boğulmaqda olan bir qız üçün özünü sulara atarmı?Təbii ki kənardaydım deyəcəksən.Amma yox.Azacıq vicdanı olan kişi o anlar insan xilasını hər şeydən üstün tutar,ölümə dik baxar.Buna kişilik deyirlər yanıi.Yaxtada trusiklə ayağını ayağının üstündən aşırıb özünü günə verməklə olmur kişilik.Kişi ölər,amma özünü ona etibar edən insanın,ələlxüsus da incə bir qızın yolunda özünü cəhənnəmin dibinə atar uf demədən,ya onunla ölər,ya dartıb çıxarar ordan.

dadaşyev 2017-11-21 12:40:02

Canımız sıxışan kimi,azacıq dara düşən kimi o boyda Qarabağı və ətraf 7 rayonu dabanımıza tüpürərək necə qoyub qaçıb Bakıya doluşmuşuqsa,özünü bizə etibar edən zərif,incəcik bir qızı da dənizdə boğulmaqda qoyub eləcə qaçıb aradan çıxırıq.Ayıbdu adə.Ayıb deyə bir şey var hər halda.Yəni.Artıq bu sözü bir toplum kimi unutmaqda olsaq da var yəni.Başqa məmləkətlərdə.

Məcis 2017-11-21 12:40:02

Bu harın məmur deputatlar və övladları bu ölkəni çapıb-talayıb dağıdırlar, öldürürlər. Nə istəyirlər edirlər. Onlar üçün qanun-qaydanın gücü yoxdur

G.M 2017-11-21 12:40:02

E.Axundova kimi ``uzaqgörən`` bir Deputatdan belə oğul..)).Ala sənin neçə sifətin var.Bəs niyə indiyəcən başqa cürə danışırdın.Onsuzda suda boğulana heç təəssüflənmirəm də.Çünki,Mən Vətən və Dövlətçilikdən kənar baş verənləri Rayonlardakı Xurma,Fındıq Bayramına da almıram.Ancaq kişi olan kəs törətdiyi xətaya,iştirakçısı olduğu cinayətə cavab vermək iqtidarında deyilsə onda onun adı başqa cürə adlanır.Qanunlara raiyyət edilsə E.Axundovanın yazdığı cilid-cilid ``müqəddəs`` Kitablar da sənin dadına çatmaz.

Müfəttiş 2017-11-21 12:40:02

Ay dadaşyev , bu gül kimi dediyin qız, orda nə edirdi ki bu oyuna da düşdü....

Zaza 2017-11-21 12:40:02

Gunde yollarda avto qezalarda 10-larla ogul- qiz helak olur, cebhede esgerlerimiz sehid olur.Bunlardan yazin.Ne yapismisiniz bu modelden? Allah gunahlarini ef etsin.Kim ozunu olume atardi? Siz atardiniz?

dadaşyev 2017-11-21 12:40:02

"Proletariatın dahi rəhbəri Lenin Smolnıda.Öz iş otağında.1918-ci il.Yanvar.Kətan üzərində yağlı boya.100-90 sm.Ermitaj.Sankt-Peterburq". Qiyməti:razılaşma yolu ilə.

Mirze Celil 2017-11-21 12:40:02

Joldash Dadashov salam seninle RAZIYAM .Duz deyirsen Garabagda getdi geyretde getdi... Garabag joxdursha Azerbajcanda joxdur Garabag joxdursha Azerbajcani veten bilmirem.Bu deputatin.ve sonradan görenlerin ... Pis olur.Amma mene maraglidi bu Madimozel Gunele vaxdinda duzgun terbiye verseydiler axiri bele olmazdi..... Atalar sözunde hecvaxt jalnishdig olmayib.Ölub Allah rehmet elesin.

dadaşyev 2017-11-21 12:40:02

Mirzə Cəlilə.Ev tərbiyəsindən çox toplumda tərbiyələnir insan,ay Mirzə Cəlil.Toplumda.Ona görə də mən artıq çoxdandır qadınlarımızı günahlandıra bilmirəm.Fikir vermisinizsə,daha qadınlarımızın yanında "kişi qeyrəti"ndən dəm vurmaq olmur.O saat lağ edirlər ki,"indi kişi var?".Mən erkəkliyi nəzərdə tutmuram.Erkəklik cinsi anlayışdır.Kişilik isə mənəvi.Yəni erkək at,eşşək,it,pişik giperseksual olsa da onlara kişi deyilməz.Ən seksual olan xoruzdu,amma kişi deyil o.Erkək ev quşudu.Xəstəlik bizim ruhumuzdadı.

ilqar 2017-11-21 12:40:02

bu hadiselere baxiram inanin iki ali tehsilim var ozude orta bir fezifede isleyirem ozume de nifret edirem

Son yazılar