Oğul atasını güllələdi

Dərc olunub: 21/11/2017 - 12:54

ov-tufengi-ateshQuba rayonunda oğul atasını güllələyib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qonaqkənd kəndində 23 yaşlı Xəyal Əhmədov atası, 52 yaşlı Məhəmməd Əhmədovu ov tüfəngi ilə vurub. Xəsarət alan şəxs ötən gün axşam saatlarında Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Daha sonra isə Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırmalar aparılır.


loading...




Fikrinizi bildirin