"YALANDIR, 160 MANAT PENSİYA ALIRAM" - Rasim Balayev

"Rasim Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiya, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır. Bundan əlavə reklam və seriallara da çəkilir, istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməklik göstərməyə hazırıq”.

Bunu ötən gün Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xalq artisti Rasim Balayevlə bağlı açıqlamasında bildirib.

Xalq artisti Rasim Balayev isə Modern.az-a deyib ki, həmin fikirlərin hamısı yalandır:

"Mənim şəxsi pensiyam çox azdır, yəni 150-160 manat alıram.

Bilirsiniz, onlar həmişə məni dövlətli bilirlər, qoy elə də bilsinlər. Eyni zamanda, onlar həmişə mənə altdan yuxarı baxırlar. Orada qeyd edilib ki, guya mənimlə əlaqə yaradıblar. Halbuki, mən heç Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü də deyiləm və azad bir adamam. Mənim 2400 manatdan çox pul qazanmağım məsələsi tamamilə yalandır”.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının aktyorla bağlı yaydığı açıqlamasında qeyd olunurdu ki, qurumun rəhbəri Şəfiqə Məmmədovanın göstərişi ilə xalq artisti ilə əlaqə saxlanılıb və onun vəziyyəti ilə maraqlanıb.

Xatırladaq ki, Rasim Balayev bir neçə gün öncə maddi sıxıntılarından bəhs edərkən dərman almaqda çətinlik çəkdiyini bildirmişdi. Xalq artisti, deputat Zeynəb Xanlarova isə bu məsələni parlamentdə qaldıraraq, aidiyyəti nazirlikləri aktyora kömək etməyə çağırmışdı.

635x100

Şərhlər

t.ədalət 2017-11-21 14:20:34

Kinematoqrafçılar ittifaqı deyilən qurum xalq artisti haqqında bu qədər yalan məlumat verirsə,görəsən, başqa sahələrdə nələr edir?Doğrusu,adam fikirləşir ki,belə yalanlarla ittifaq sədri nə demək istəyir?Yəni,demək istəyir ki,vəzifəyə irəli çəkilənlər hamısı belədir?

Rauf Bakıxanlı 2017-11-21 14:20:34

Əvvəldən bəlli idi ki, sözə baxmayan İttifaqın yerinə paralel olaraq yaradılmış sözəbaxan "ittifaq"ın məsələyə münasibəti necə olacaq. Heyf ki, Şəfiqə xanım kimi aktrisamızdan belə məqsədlə istifadə olunur.

NURəddin 2017-11-21 14:20:34

ÇOX AYDIN ŞƏKİLDƏ GÖRÜNÜR Kİ, ŞƏFİQƏ MƏMMƏDOVA DA YALAN VƏ TALAN MAFİYASININ ÜZVÜDÜR. ALLAH BİLİR BU MAFİOZ VƏ DVORYAN QADIN KİNEMOTOQRAFİYA İTTİFAQINDA HANSI TUFANLARI QOPARIR. HÖRMƏTLİ RASİM BALAYEV DƏ GAH NALA, GAH MIXA VURUR.BİRDƏFƏLİK BÖYÜK BİR MƏQALƏ İLƏ ÇIXIŞ ELƏ MƏSƏLƏYƏ AYDINLIQ GƏTİR. ONSUZ DA BİR ƏLİNDƏ İKİ QARPIZ TUTA BİLMƏYƏCƏKSƏN , İKİSİ DƏ ƏLİNDƏN DÜŞƏCƏK.

Filosof 2017-11-21 14:20:34

Utansinlar hamisi,eger hec olmasa bunu bacara bilirlerse!

ədalət naminə 2017-11-21 14:20:34

Hörmətli aktyorumuz çox güman ki, Sovet önəmində təxminən 200 azn məvacib alıb rəsmi olaraq.İndi necə olur onun şəxsi pensiyası 1000 azn təşkil edir. Bu məlumat hesab edirəm ki, yanlışdır. Yəqin ki, hamı bilir yaşa görə orta pensiya nə qədərdir. Dövlət təltifləri, hansı ki, ödə nişləri var o barədə nə isə demək çətindir.

Çoban Malik 2017-11-21 14:20:34

Şəfiqə xanımdan bunu heç gözləməzdim. Görünür adamları tanımaq olmurmuş.... Heyif!

Son yazılar