Nigeriyada məscid partladılıb - 50 nəfər həlak olub

Nigeriyanın şimal-şərqində məscidlərdən birində partlayış törədilib. APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, partlayış Adamava ştatının Mubi şəhərində baş verib. Partlayış nəticəsində 50 nəfər həlak olub, xeyli insan xəsarət alıb.

Hadisəni terrorçu-kamikazde törədib. Partlayışı "Boko Haram" terror qruplaşmasının planlaşdırdığı ehtimal edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar