Ermənilərin ABŞ silahı ilə vurduqları helikopter...

Qarakend qezasi 20 noyabrAğdamın Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri və rus muzdluları raket qurğusu ilə, 1991-ci il noyabrın 20-də saat 14:42-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində 300 metr yüksəklikdə uçan Mİ-8 N72 helikopterini vurmuşdular. Azərbaycanın dövlət və hökumət rəhbərlərinin, jurnalistlərin və hərbçilərin uçduğu helikopter erməni terrorunun qurbanı oldular.

Qanlı faciəni və beynəlxalq miqyaslı sui-qəsdi törədən ermənilər demək olar ki, məsuliyyətə cəlb olunmadılar. Cinayətin açılmasında maraqlı olmayan Rusiya hökuməti istintaq qrupunu iflic etmişdi. Bu ondan xəbər verirdi ki, helikopterin partladılmasında erməni yaraqlıları ilə birlikdə Rusiya məxfi orqanlarının əli olubdur.

İstintaqı aparmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovnik-leytenant İ. Lazutikinə tapşırıq verilmişdi. Onun anası Emilya Baqdasaryan Axalkalakidə anadan olub, İ.Lazutikin özü isə 1989-cü ilədək Cavaxetiyada işləyibdir.

“Qara qutu”nu əlinə keçirən həmin erməni məlumat yaymışdı ki, "qara qutu" istidən, yanğından və partlayışdan sıradan çıxıb, əriyib. Prokuror İ.Lazutikin hamını aldatmışdı. Onun sıradan çıxması üçün 38000 istilik lazımdır. Hadisədən bir neçə gün sonra izi itirmək üçün “qara qutu”nu Rusiyaya göndərmişdilər.

Maraqlandıran suallardan biri odur ki, niyə içərisində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə helikopteri müşayiət etməmişdi?

Qanunun aliliyini rəhbər tutan İsmət Qayıbov hərtərəfli olaraq mərkəzə bildirirdi ki, Qarabağa Ermənistan rəhbərliyinin dəstəyi ilə beynəlxalq terrorçular gəlib, burada qətllər törədirlər. Məhəmməd Əsədovun əməli tədbirləri sayəsində bir çox cinayətkarlar həbsə alınmışdı. Elə bu səbəbdən Füzuli və Xocavəndin hərbi komendantı general Volox bizimkilərlə olan söhbətdə ağzından belə bir ifadə qaçırmışdı: "Cəsur, igid adam olan Məhəmməd Əsədovun çətin vəziyyətlərdə verdiyi mühüm qərarlar heç də yuxarıları qane etmir".

Həmin cinayəti planlaşdıraraq həyata keçirənlər, istintaqı öz istəklərinə uyğun bir məcraya yönəltmişdilər. Sonradan aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, Mi-8 72 hərbi helikopterinə Amerika istehsalı olan “Barret M82A1” silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu U-238 var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km. məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həm də kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən, ilkin olaraq güclü yanğın törədir. Buna "nüvə yanğını" deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqları mərkəzdən 500-600 metr kənara atılır.

Azərbaycanın seçilmiş oğulları - Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Daxili İşlər naziri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfü Hacıyev, nazir müavini Qurban Namazəliyev, nazir müavini Vaqif Cəfərov, xalq deputatı Vəli Məmmədov, Prezident aparatının şöbə müdiri Osman Mirzəyev, jurnalist Alı Mustafayev, operatorlar Fəxrəddin Şahbazov və Arif Hüseynzadə xalqın haqqı, ədaləti və nicatı uğrunda canlarından keçdilər. Lakin rəhbərliyin biganəliyi ucbatından onların qanı yerdə qaldı. Bundan əlavə həmin missiya zamanı DQMV-nin prokuroru İqor Plavski, DQMV-nin Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstanın DİN-nin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, helikopter heyətinin komandiri və üzvləri Vyaçeslav Kotov, Gennadi Domov və Dmitri Yarovenko həmin terror aktının qurbanı olmuşdular.

Yazıçı-tədqiqatçı Ramiz Dəniz

P.S. Həmin dövrdə ermənipərəst M.Qorbaçov hərtərəfli olaraq ermənilərə dəstək verdiyindən, terror aktına uyğun cinayətlərin törədilməsi labüd idi. Ümumiyyətlə, Qarabağda başlanan erməni-azərbaycanlı münaqişəsi və bu münaqişədə erməni ekstremistləri, separatçıları və millətçilərinin dəstəklənməsi SSRİ-nin dağılmasının təməlini qoydu. M. Qorbaçovun ətrafına erməni mafiyasını yığması, onların diktəsi ilə hərəkət etməsi oldu. 1987-ci il noyabrın 18-də onunla akademik A.Aqanbekyan arasında Kremldə 3 saata yaxın davam edən görüş keçirilmişdi. Görüşdə Aqanbekyan Qorbaçovu Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsinin zəruriliyinə razı sala bilmişdi.

Dağlıq Qarabağda ermənilərin öz adamı hesab edilən Arkadi Volski Xüsusi İdarə Komitəsinin rəhbəri təyin edildi. Məhz onun dövründə Qarabağda elan olunmamış müharibə başlandı.

 

635x100

Şərhlər

t.ədalət 2017-11-21 17:31:24

Gəlin,fikrimizi ora-bura yönəltməyək.Dağlıq Qarabağ münaqişəsini ilk gündən rusiya yaradıb və münaqişə zonasında baş verənlər rus hərbiçilərinin əli ilə təşkil olunub.366 -cı moto-atıcı alayın qərargah rəisi kapitan Tuşov özü izahat verirdi ki,Xocalı soyqırımını da rus hökumətinin tapşırığı ilə törədiblər.Raketin üstündəki işarələri dəyişməyə nə var.Suriyada gedə döyüşlərdə iştirak edən ölkələr izi itirmək üçün belə etmirdilərmi?

Son yazılar