Sürücünün başını “partladan” yol polisi haqda açıqlama - “4 dil bilir, ona görə...”

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücünü hədələyən yol polisi ilə bağlı danışıb.

Publika.az-a danışan Vaqif Əsədov qeyd edib ki, sosial mediada yayımlanan görüntülər və bəzi saytlar məsələni birtərəfli işıqlandırıblar: "Sözügedən görüntülər şəhərin Rəşid Behbudov və Üzeyir Hacıbeyov küçələrinin kəsişməsində baş verib. Sürücü "Yol hərəkəti haqqında" qanunu pozaraq əks istiqamətdə hərəkət zolağına çıxıb. Bizim əməkdaşlarımız isə sürücünü saxlayıb və nizamnaməyə uyğun şəkildə protokol təqdim etmək istəyiblər. Lakin sürücü YPX əməkdaşı Elçin İsmayılova sənədlərini təqdim etməyib. 7-8 dəqiqə polis əməkdaşını gözlədib və daha sonra "vəsiqəm müəllimdədir" deyib. Bu, nə deməkdir? Sürücünün vəsiqəsinin müəllimdə nə işi var? Həmin küçələrin kəsişməsində kameralar var. Hadisə anbaan kameralarda əks olunub. Mən bu görüntüləri yayımlamaq istəmirəm, kim istəyirsə, gəlsin və bizim əlimizdə olan görüntülərlə də tanış olsun".

Vaqif_Esedov_1402495500V.Əsədov qeyd edib ki, YPX əməkdaşı yanlışlıqla sürücüyə "Sənin başın partlayar" ifadəsini işlədib: "Bizim həmin əməkdaşımız, Elçin İsmayılov 4 dil bilir. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilir. Sürücü 8 dəqiqə sənədlərini təqdim etmədiyi üçün əməkdaşımız ona demək istəyib ki, sənədlərinizi təqdim etməməyiniz sizin başınızı ağrıdar. Amma yanlışlıqla fikrini yanlış ifadə edib və "Sənin başın partlayar" deyib. Bunu bu dərəcədə böyütmək lazım deyil. Çox təəssüf edirəm ki, jurnalistlər bunu bu şəkildə birtərəfli işıqlandırıblar. İstəsəniz, mən həmin əməkdaşımıza hadisəni əvvəldən sona qədər ingilis dilində şərh etməsini də təşkil edə bilərəm. Yəni, aydın olsun ki, bu anlaşılmazlıq, sadəcə, çox dil bildiyi üçün fikrini ifadə etməkdə çətinlik çəkdiyindən yaranıb".

635x100

Şərhlər

Sabuhi 2017-11-21 18:12:53

Vaqif müəllim Afərin düz şərh vermisiniz.

sabir 2017-11-21 18:12:53

Ayibdir,orada basga sohbet olub siz ise Basga cur yozursuz.ingilis dilinin Bura ne aidiyati var?siz oz haginizda fikiri niye korluyursuz!?

t.ədalət 2017-11-21 18:12:53

Çox dil bilirsə DAM-da nə işi var?Biri fikirli olur,yol hərəkəti qaydalarını pozur,onda niyə ona cərimə yazılır?Ona da deyək ki,fikirli olub,qaydanı pozub.Çox axmaq bir yanaşmadır.Özünə hörmət edən normal adam belə açıxlama verməz.

Sürücü 2017-11-21 18:12:53

Mücərrəd adamdan maraqlı aydınlıq gətirmə.Öz ana dilini mükəmməl bilməyənin başqa dillər bilməsi şübhəli deyilmi?Əsədov öz işçilərini həmişə haqsız yerə müdafiə etməklə məşğuldur.Hamıya məlumdur ki, yol polisləri rüşvətlə v tanışlıqla işə qəbul olunduqlarından, arxalarında müdafiə bildiklərindən sürücülərlə kobud rəftar edir,haqsız yerə cərimələyirlər.Məgər cərimədən başqa xbardarlıq etmə onların vəzifəsinə aid deyil?

Mirzə AĞ 2017-11-21 18:12:53

Yəni, bu kişi demək istəyib ki, oğlan 4 dil bilir, amma heç birində əməlli-başli danışmağı bacarmır...

Xalid 2017-11-21 18:12:53

Bu Vaqif Əsədov deyilən zat deyəsən millətnən məzələnir?! Çox ola bilər ki, özlərinin savadı çatmasın kimin hansı sözü necə tələffüz etdiyini müəyyənləşdirməyə. Amma o azğın DıYıPı zabiti açıq-aşkar deyir ki, başın partlayar. Sifətindən "İQ"-sü bəlli olan zabitin poliqlotluğuna gəldikdə isə o tərbiyə ki, onda var, "savad"ı da keçəl təpəsinə dəysin. Heyif polis adına ki, bu cür təsadüfi adamlar soxulublar sıralarına.

AAgahuseyn 2017-11-21 18:12:53

Vaqif Müəl. bu aq oldu.Kop da olsa maraqlıdır amma ifadələr uyqun ğəlmir.DYP-əməkdaşları arasında dogrudan da layiqliləri var.Ancaq 4-dil bilən insan belə zırrama olmur.Ğörünür sizin işcilərin coxu belədir.Kobud,savadsız... və sair.HAYIF yaxşılar da onların güdazına ğedir.Adi bir maşına min uzaqa yox SƏDƏRƏK-MEYVƏLİ bazarının yanına ğəl ğör 743DYP a-maşını nə oyundan cıxır.Sizə ora yaxındır Vaqif müə.ona ğörə oranı yazdım hər yerdə belədir.NƏ YAXŞI Kİ,AZ DA OLSA YAXŞILARI VAR Adam təsəlli tapır.

cəngərlik sakini 2017-11-21 18:12:53

EVRİKA,bundan sonra kefdəyik.təzə bahənə dilləri "qarışdırıb". Vaqif müəllim dil boş şeydir,ana dilini bilməsə də olar.O polisin başı boşdur.Vaqif müəllim qüsura baxma mən 5 dil bilirəm.başqa söz demək istəyirdim."QARIŞDIRDIM".

Son yazılar