Qırğız prezidentinin andiçmə mərasiminə 120 min dollar xərclənəcək

Qırğız Respublikasının yeni seçilmiş prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasiminə dövlət büdcəsindən 120 min dollar xərclənəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası prezidentinin Mətbuat xidməti bildirib.

Tədbirə 450 nəfər - ictimai xadimlər, yaradıcı şəxslər, elm adamları, parlamentin deputatları, hökumət üzvləri, diplomatik təmsilçiliklərin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri dəvət ediliblər.

Qeyd edək ki, oktyabrın 15-də Qırğız Respublikasında keçirilən prezident seçkisində hakim partiyanın nümayəndəsi, keçmiş baş nazir Sooronbay Jeenbekov 54,81 faiz səslə qalib gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar