MUQABE... GETDİ! - Zimbabve xalqı küçələrə axışıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Zimbabvenin 93 yaşlı Prezidenti Robert Müqabe istefa verib. Bu barədə xəbəri, impicment barədə dinləmələrin keçirildiyi parlamentin spikeri verib.

Xəbəri «Röyter» agentliyi yayıb.

İstefa bərədə xahişnamədə deyilir ki, Müqabe dövlət başçısı postunu ölkədə «hakimiyyətin planlı qaydada ötürülməsi»ni təmin etmək məqsədilə tərk edir. Elə oradaca qeyd olunur ki, Müqabe dövlət başçısı postundan könüllü getmək qərarına gəlib.

Bundan əvvəl hakim «Zimbabve Afrika milli ittifaqı - Vətənpərvərlər cəbhəsi» (ZANU-PF) Partiyası parlamentin partiyadan olan üzvlərinin görüşünün nəticələrinə görə, impicment proseduruna başlamaq qərarı vermişdi.

Bu ərəfədə partiya üzvləri Müqabeni rəhbər postlardan kənarlaşdıraraq, onu prezident postundan bazar ertəsi günortaya qədər istefa verməyə çağırmışdılar. Müqabe xalqa müraciətinin gedişində istefa verdiyini bəyan etməmişdi və həm də xəbər vermişdi ki, partiyanın bir neçə həftə sonra keçiriləcək qurultayna özü rəhbərlik edəcək.

Müqabenin rəsmən istefa verməsindən sonra Zimbabve xalqı küçələrə axışaraq diktatorun 37 illik hakimiyyətinin sona çatmasını bayram edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar