“Bank sistemi dağılır, 40 min insan küçədədir” - Vahid Əhmədov

"Azərbaycanda qiymət siyasəti yoxdur. İqtisadiyyat Nazirliyinin müəyyən departamenti tərəfindən müəyyən işlər görülür. Qurum qiymətlərin müəyyən mənada sabitləşdirilməsinə çalışır. Amma nəticə yoxdur. Qiymətlərin qalxmasının səbəbi nədir? Neftin qiymətini büdcədə 45 dollardan götürmüşük. Bu il ərzində neftin qiyməti orta hesabla 50-55 dollar olub. Bundan başqa, idxal-ixrac əməliyyatları üzrə müsbət saldo var. Bəs niyə qiymətlər dəyişmir? İnflyasiyanın səviyyəsi 13-14%-dir”.

"AzPolitika" Modern.az-a istinadla xəbər verir ki, bunu Milli məclisin bu gün keçirilən iclasında çıxış edən Vahid Əhmədov deyib. Deputat bildirib ki, qiymətlərin sürətlə dəyişməsinin müəyyən bazası olmalıdır.

"Elman müəllim deyir ki, xaricdən inflyasiya idxal edirik. Yaxşı, bəs daxildə bu inflyasiyanı Azərbaycana kim idxal edir? Yağın qiyməti ilə əlaqədar cənab prezidenti guya inandırdılar ki, gömrük rüsumunu azaltmaqla yağın qiymətini azalda bilərik. Hanı bəs yağın qiyməti aşağı düşdü? Mən dünən uşaqlarımı göndərmişəm gedib marketdə baxıblar, amma yenə eyni qiymətdir. Yağın qiyməti yenə 18,20,24 manat arasında dəyişir. Mən yağı misal göstərməklə bir məhsulun qiymətini misal göstərdim. Amma hamısında eyni vəziyyətdir”. Deputat deyib ki, hətta hörmətli nazirlərimizlə də danışanda deyirlər ki, Azərbaycanda hər şey şəffafdır. "Bəs elədirsə, niyə Rəqabət Məcəlləsi qəbul olunmur? "Mən hiss edirəm ki, nə Prezident Administrasiyası, nə Nazirlər Kabineti, nə də Milli Məclis bunda maraqlı deyil.

Deputat Elman Rüstəmovun Azərbaycanda pul qıtlığının olmaması ilə bağlı açıqlamasını xatırladıb. "Ötən il 11,5 milyard dollar vəsait olub. İndi də 8 milyard dövriyyədə pul qalıb. Bu 3, 7 milyard manat dövriyyədən çıxıb. Hanı bu pullar? Ölkə iqtisadiyyatı 2017-ci ildə geriləyib. Bunun da səbəbi pul kütləsinin azlığıdır. "Bank Standard”ı bağladılar. Bu gün 40 minə qədər insan küçədədir. Onlar əmanətini ala bilmir. Bank sistemi ölkədə dağılır. Niyə camaatın pulunu vermirlər? Özü də bu nə siyasətdir ki, durub bankları bağlayırlar. Ondansa biz onların təmərküzləşməsinin tərəfdarıyıq”.

635x100

Şərhlər

Vekil 2017-11-21 20:38:12

BBankdir gunahkar dagidan , yiyen , milyardlari havaya sovuran B Bankdir bu gun de orada isler qaydasinda deyil tek B Bank baglanib o birileri isleseydiler xalqa xeyirli olardi...

G.M 2017-11-21 20:38:12

Vahid Əhmədov Deputat olduğunu sübut etməyi bacaran kişidir..Onu şahverdiyevlərlə,siyavuşlarla bir Binada görəndə gözüm ağrıyır.Nə yaxşı ki,cibinə tank-top qoyub tutmurlar.

t.ədalət 2017-11-21 20:38:12

Kaş,Vahid müəllim kimi ağıllı kadrlar irəli çəkiləydi.Səbatsız və oğru kadrlar ölkəni getdikcə geriliyə yuvarladırlar.Xüsusilə,SOCAR-a ciddi nəzarət lazımdır.Bu şirkət istehsalçı kimi qalmalı,neft gəlirlərinə birbaşa shib olmaqdan aralanmalıdır...

Faktoreal 2017-11-21 20:38:12

BBankın daxili kreditini (girovla da) məhkəmə qaytara bilər. Xarici borc isə dövlətin sayılır. Sərbəst valyutalı banklar devalvasiya-manat qazancından vətəndaşların kredit probleminə güzəşt edə bilərdi. İnflyasiya qrip kimi yoluxucu deyil. "Korrupsiya" ixracı olsa da, heç bir strateji tərəfdaş onu ixrac etmir. Maliyyə-bank oyunları iqtisadiyyatı idxalla əvəzləyib. Yeni inflyasiya dalğası xalqı aldadan və dövləti azdıran yeni yığım banklarını açdıra bilər.

ilqar 2017-11-21 20:38:12

hormetli GM vahit savadlidi duz amma xalasi oqlu cixandan sonra arada bir yeni bize deymeyin

Son yazılar