«Rəqiblərin narahatlığına baxmayaraq, Türkiyə AES-i tikəcək» - Ərdoğan

Dərc olunub: 21/11/2017 - 20:39

receb-tayyib-erdogan-recep-tayyib-erdogan«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, əleyhdarlarının etirazlarına baxmayaraq, Türkiyə özünün nvüə energetikasını inkişaf etdirəcək.

«İndi biz, nüvə energetikası əsrinə qədəm qoyuruq. Atom elektrik stansiyası (AES)» kimləri isə narahat edir. Qoy, nə qədər istəyirlərsə, narahat olsunlar, amma biz, onu tikəcəyik. Bizim işimiş ondan ibarətdir ki, bu enerjini xalqa mümkün qədər ucuz sataq. Onların belə problemləri yoxdur» – deyə, Ərdoğan Ankarada elektrik stansiyasının açılışında bəyan edib.

Prezident nüvə energetikası əleyhdarlarını bunda günahlandırıb ki, onlar öz hərəkətləri iləTürkiyənin digər dövlətlərin asılılığında olmasını dəstəkləyirlər. Türkiyə liderinin sözlərinə görə, AES-nın tikintisi nəinki ölkədə enerjinin qiymətini aşağı salacaq, həm də yeni texnologiyaların inkişafına təkan verəcək.

Türkiyənin Mersin əyalətində «Ağquyu» meydançasında atom elektrik stansiyasının tkilməsi və istismarı barədə Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş 2010-cu ildə imzalanıb.

Layihənin smeta dəyəri 20 milyard dollar təşkil edir. Stansiyanın birinci blokunun istismara buraxılmasının 2023-cü ildə baş tutacağı gözlənilir.


loading...




Fikrinizi bildirin