Toydan qayıdan 12 nəfər yaralandı - Azərbaycanda dəhşətli qəza 

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, rayonun Bəşirabbas kəndi ərazisində “Oka” və “Zaporojets” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Xəsarət alanlardan 11 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 6 nəfərin vəziyyəti orta ağırdır.

Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırmış.

Qəzanın səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar