Ermənistanın keçmiş baş naziri cərimələnib

Ermənistanın Vergilər Xidməti keçmiş baş nazir Ovik Abramyanı 290 min dollar məbləğində cərimələyib.

“Report” “Jamanak”a istinadən xəbər verir ki, o, məsələ ilə bağlı hazırkı baş nazir Karen Karapetyana müraciət edərək cərimənin 6 188 dollaradək azaldılmasını şəxsən xahiş edib.

Bundan xəbər tutan Ermənistan prezidenti Serj Sarqsyan təkrar yoxlama keçirilməsini tapşırıb. Bu yoxlamadan sonra cərimənin həcmi 330 min dollar olub.

Qeyd edək ki, Ermənistan Vergilər Xidməti Ovik Abramyana məxsus təbii qazdoldurma məntəqələrində yoxlama aparan zaman çoxsaylı qanun pozuntuları aşkarlayıb və bu səbəbdən onu cərimələyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar