«ABŞ terrorçuluqla mübarizə adı altında öz düzənini yeridir» - Türkiyə Prezidenti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin Prezilenti Rəcəb Tayyip Ərdoğan Amerika Birləşmiş Ştatlarını (ABŞ) Yaxın Şərqdə «terrorçuluqla mübarizə adı altında öz düzənini yeritmək»də günahlandırıb.

«Biz, daim regionumuzda ABŞ-ın siyasətinə yönəlik narahatlığımızı dilə gətiririk. İŞİD meydana çıxdı və yox oldu, amma sual işarələri qaldı. Siz ki, İŞİD-i Suriyadan çıxardığınızı deyirsiniz, o zaman nə üçün Suriyaya silahla dolu «fura»lar gedir? Bu silahlar hansı ölkəyə qarşı istifadə olunacaq? Biz, məsələnin nə yerdə olduğunu bilirik. Onların işi terrorla mübarizə, demokratiya, dinc əhalinin taleyinə yönəlik narahatlıq deyil. Terrorla mübarizə bəhanəsi altında onlar Yaxın Şərqdə yeni dizayn yaratmağa çalışırlar» - Ərdoğan Ankarada, hakim partiyanın parlament fraksiyası qarşısında çıxış edərkən deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar