Rusiyalı senator Süleyman Kərimov Fransada saxlanılıb

Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov Fransanın Nitsa şəhərində polis tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 20-si axşam saatlarında Nitsa hava limanında Süleyman Kərimov saxlanılıb, o, polis məntəqəsinə aparılıb", — deyə TASS səfirliyin məlumatını yayıb.

Səfirlikdən qeyd olunub ki, Rusiya diplomatik nümayəndəliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar