Rusiya, Türkiyə və İran Soçidə razılaşdı - Suriya ilə bağlı

Soçi şəhərində Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov türkiyəli həmkarı Hulusi Akar və iranlı həmkarı Məhəmməd Bakıri ilə bir araya gəlib.

Türkiyə Baş Qərargahı toplantıda tərəflərin Suriyada təhlükəsizlik məsələləri, terrorizmlə mübarizədə əməkdaşlıq, həmçinin yaradılan təhlükəsiz bölgələrlə bağlı müzakirələr aparıldığı barədə məlumat yayıb.

Görüşün ikitərəfli və üçtərəfli formatda keçdiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyi isə Qərargah rəhbərlərinin İŞİD və Nüsrə Cəbhəsi kimi terror qruplarının varlığına son qoymaq üçün konstruktiv addımların atılması ilə bağlı razılaşdığını qeyd edib.

Xatırladaq ki, sabah Rusiya, Türkiyə və İran liderlərinin iştirakı ilə Soçidə Suriya görüşləri ilə bağlı sammit öz işinə başlayacaq/Axar.az.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar