BMT ABŞ-da Fələstin nümayəndəliyinin bağlanması nəticələrindən ehtiyatlanır

publika.az1450075127BMT-logo-1«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Amerika Birləşmiş Ştatlarında (ABŞ) Fələstin Azadlıq Təşkilatının (FAT) nümayədəliyinin bağlanmasından doğa biləcək nəticələrdən ehtiyatlanır. Bu barədə BMT-nin Yaxıq Şərq sülh prosesi üzrə xüsusi nümayəndəsi Nikolay Mladenov bəyan edib.

«Mən, Birləşmiş Ştatlarda FAT ofisinin bağlanması barədə yayılan son məlumatların doğura biləcəyi nəticələrdən narahatlıq keçirirəm. Biz, sülhün irəli aprarılması üçün yalnız konstruktiv dialoqun davam etdirilməsinə ümidli ola bilərik və mən, bütün tərəfləri sülh səylərinin iştirakçısı olaraq qalmağa çağırıram» - Mladenov bazar ertəsi Təhlükəsizlik Şurasının iclasında deyib.

Ötən şənbə günü Dövlət Departamenti ABŞ-dakı FAT nümayəndəliyinin fəaliyyəti üçün verilmiş icazənin geri çağırıldığını elan edib. Bu struktur beynəlxalq səhnədə fələstinliləri təmsil edən yeganə qurum idi və faktiki olaraq, onların Vaşinqtonda səfirliyi funksiyalarını yerinə yetirirdi.

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bazar günü bəyan edib ki, ABŞ-da FAT nümayəndəliyinin bağlanması Yaxın Şərq sülh prosesinə və Vaşinqtonun bu prosesdə iştirakına zərər vuracaq.

Bu fonda İsrailin müdafiə naziri Avidqor Libermanın başda Səudiyyə Ərəbistanı olmaqla, ərəb monarxiyaları liderlərinə İrana qarşı koalisiya yaratmağa çağırış etməsi heç vəchlə diqqətdən kənarda qala bilməz - bu iki olayın bir-biri ilə «üzvi surətdə» əlaqəli olması şübhə doğurmur...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar