İraqdan böyük ikiüzlülük – İrana heç bir şərt qoyulmazkən türk TIR-ları geri qaytarılır

Türkiyənin Rusiya ilə çıxan böhranı həll etməsi və Avropa Birliyi ilə yaranana gərginlikdən sonra türk ixracata malların qarşı dünyada sanki gizli embarqo tətbiq edilməyə başlayıb. Avropa.info xəbər verir ki, meyvə şirəsindən tutmuş xalçaya qədər 24 fərqli məhsulu 6 aydır girişinə qadağa qoyan Əlcəzairdən sonra türk mallarının Şimali İraqa ixracatında problem yaranmağa başlayıb. Türk mallarına 1000-10000 dollar arası keyfiyyət sertifikatı şərti qoyulub. Sertifikat olmadan TIR-ların sərhədi keçməsinə qadağa qoyulub. Sertifikatı olmayan malları gömrükdən geri qaytaran İraq İrana sənəd şərti qoymur.

Türkiyənin mal ixrac etdiyi ölkələrin sırasında 3-cü yerdə olan İraqa son 10 ayda 6,8 milyard dolalr dəyərində mal satılıb. Lakin yeni şərtlər vəziyyəti çətinləşdirib.

“İraq ixracat üçün mallar yüklənmədən əvvəl beynəlxalq keyfiyyət qiymətləndirilməsi təşkilatlarından “məhsulun keyfiyyət sertifikatı” istəyirlər. İxracatçı ən az 1000 dollardan başlayan və 10 min dollara qədər çıxan bu sənədi almaq məcburiyyətindədir. Türkiyədə də müxtəlif təşkilatlar SGS adlanan bu sənədi verir. Bu keyfiyyət sertifikatını almayan türk ixracatçılara məxsus TIR-ların gömrük keçid-məntəqəsindən keçməsinə icazə verilmir” – “İstanbul Kimyəvi Maddələr və Məmulatlar İxracatçıları Birliyi” sədri Murat Akyüz belə deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar