Səəd Həriri istefa verməkdən imtina edib

Livanın baş naziri Səəd Həriri qərarını dəyişib və istefa verməkdən imtina edib.“Report” xarici KİV-inə istinadən xəbər verir ki, o, bu addımı Livan prezidenti Mişel Aunun xahişi ilə atdığını bildirib.

Qeyd edək ki, S.Həriri həyatına təhlükə yaranması səbəbindən noyabrın 4-də istefaya getdiyinə dair bəyanatla çıxış edib. Noyabrın 12-də isə o, Livan hökuməti tərəfindən elan olunan neytrallıq prinsipinə əməl ediləcəyi və bölgədəki münaqişələrdən çıxacağı halda qərarını dəyişməyə və hökumət başçısı vəzifəsində qalmağa hazır olduğunu açıqlayıb.

Noyabrın 22-də gecə saatlarında Səəd Həriri vəzifəsindən istefa verdikdən sonra ilk dəfə Livana qayıdıb. Qeyd edək ki, o, noyabrın 3-də 2016-cı ildə Livanın baş naziri təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar