“Təki neftin qiyməti düşməsin...” - Oqtay Əsədov

“Lazım olacaqsa, gələn ilin may ayında büdcədə dəyişiklik edib, neftin qiymətinə yenidən baxa bilərik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı spiker Oqtay Əsədov deputatların neftin qiymətinin büdcədə 45 dollardan götürülməsi ilə bağlı narahatlığına cavab olaraq deyib.

O qeyd edib ki, neftin qiymətinin hazırda 45 dollardan götürülməsində məqsəd riskləri qabaqlamaqdır: “Hazırda neftin qiyməti bu göstəricidən yuxarıdır. Belə olacağı təqdirdə, biz gələn il büdcəyə may ayında yenidən baxa bilərik. Təki neftin qiyməti düşməsin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar