Azərbaycan Rusiyadan qaz alışını bərpa edib

SOCAR və Rusiyanın “Qazprom” şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib.

“APA-Economics”in “Qazprom” şirkətinə istinadən verdiyi məlumata görə, müqavilə noyabrın 21-də imzalanıb. Təbii qazın tədarükü artıq noyabrın 22-də başlayacaq.

Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiya qazı alacaq.

Xatırladaq ki, bu ilin iyul ayında Sankt-Peterburqda SOCAR prezidenti Rövnəq Abdullayev və Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller arasında görüş keçirilib. Görüşdə Rusiyadan Azərbaycana qaz ixracı müzakirə edilib.

Qeyd edək ki, “Qazprom” 2000-2006-cı illərdə Azərbaycana qaz ixrac edib, “Şahdəniz” yatağının istismara başlanmasından sonra Rusiyadan qaz ixracı dayandırılıb.

635x100

Şərhlər

t.ədalət 2017-11-22 17:24:03

rusiyaya qarşı sanksiyaların olduğu indiki məqamda bu bizə ziyanlı ola bilər.İkinci tərəfdən rusiya satdığı qazdan əldə olunan maliyyə vəsaitinin müəyyən hissəsini işğal etdiyi ərazilərin saxlanmasına sərf edir.Odur ki,ehtiyatlı olmalıyıq.

Son yazılar