Ukrayna ordusu Luqanskda hücuma keçib? - Separatçılar həbs edilir

Ukraynanın separatçıların nəzarətində olan Luqansk şəhərində yerli separatçıların rəhbəri İqor Plotnitskiyə yaxın şəxslərin həbsinə başlanıb, onun özü isə “hökumət evi”ndə mühasirədə saxlanılır.APA-nın "unian.net" saytına istinadən verdiyi məlumata görə, “Luqansk Xalq Respublikası”nın vəzifədən çıxarılan daxili işlər naziri İqor Kornetə sadiq qüvvələr “rəsmi” binaları tədricən nəzarətə götürür.

Bu gün yerli vaxtla saat 11.50-də 200 hərbçi yerli Baş Prokurorluğa hücum çəkərək, baş prokuror vəzifəsini icra edən V. Podobrıy və idarə rəisi S. Raxnonu saxlayıblar.

Qeyd edək ki, noyabrın 20-də qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri İ. Plotnitskiy daxili işlər naziri İ. Korneti vəzifəsindən azad edib. Ancaq İ. Kornet İ. Plotnitskiyə tabe olmaqdan və istefa verməkdən imtina edib.

"Ukrayna silahlı qüvvələri Luqanskda rusiyameylli separatçılar arasında son günlər yaşanan çaxnaşmalardan istifadə edərək hücuma keçib və bir neçə qəsəbəni geri alıb". Virtualaz.org xəbər verir ki, bu barədə ukraynalı könüllü Yuri Mısyaqin özünün Facebook səhifəsində yazıb. Onun bildirdiyinə görə, qoşunlar Svetladorsk rayonu istiqamətində qəfil hücum edib və bir neçə strateji yüksəkliyi alıb. Bir neçə qəsəbə azad edilib.

“Əməliyyat nəticəsində bir neçə kvadratkilometr ərazi bizim nəzarətimizə keçib, bölmələrimiz orada möhkəmlənib”-bloqqer bildirib. O, əməliyyatın 54-cü mexanikləşdirilmiş əlahiddə briqada və “Aydar” könüllü batalyonu tərəfindən həyata keçirildiyini yazıb. Qondarma “Luqansk xalq respublikası”nın nümayəndələri hələlik bu məlumatı nə təsdiq, nə təkzib edib.

Hələlik Ukrayna Müdafiə Nazirliyi də Luqanskda keçirilən hücum əməliyyatı barədə hər hansı məlumat vermir.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar