“Hər il Qarabağ əlilləri və şəhid ailələrinə 500-600 mənzilin verilməsi nəzərdə tutulur”

“Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı prosesinə 1997-ci ildən başlanıb. Bu günə qədər bu kateqoriyadan olan şəxslərə 6096 mənzil verilib”.

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdüyü təklif, sual və iradlara cavab verərkən deyib. O bildirib ki, mənzillərin 4757-si 2013-cü ilin sonuna qədər verilən mənzillərdir: “Ondan sonra verilən 1349 mənzil var. Gördüyünüz kimi, son illərdə mənzillərin alınıb verilməsi və fərdi evlərin tikilməsi yolu ilə bu kateqoriyadan olan şəxslərə təqdim edilməsi əvvəlki illərə nisbətən xeyli sürətlənib. Əgər əvvəlki 17 il ərzində ortalama hər il 280 mənzil verilirdisə, son 4 ildə hər il 335 mənzil bu kateqoriyadan olan şəxslərə mənzillər təqdim edilib. 2014-cü ildə prezident tərəfindən bu problemin həlli üçün xüsusi sərəncam imzalanıb. Bu zaman nəzərdə tutulurdu ki, hər il təqribən 50 milyon manata yaxın vəsaitin ayrılması nəticəsində bu prosesin 2014-cü ilin 1 yanvar tarixinə qədər növbədə olan şəxslərin 5 il ərzində problemləri həll ediləcək. 2014-cü ilin ikinci yarısında buna uyğun olaraq 30 milyon manat bu məqsəd üçün vəsait ayrıldı. 2015-2016-cı illərdə bizim nisbətən maliyyə vəziyyətimizin pisləşməsi, gəlirlərimizin azalması bu prosesin nəzərdə tutulduğu kimi həyata keçirilməsi imkanlarını azaltdı. Sonrakı illərdə hər il 10-15 milyon manat vəsait ayrıldı. Bu müddətdə bu proses üçün təqribən 60 milyon manata yaxın vəsait ayrılıb. Bunun hesabına 1349 mənzil öz sahiblərinə təhvil verilib”.

Nazir bildirib ki, gələn ilin dövlət büdcəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı üçün vəsait artırılacaq: “Biz bu prosesi təqribən hər il 500- 600 mənzil səviyyəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verməklə bu problemi həll edə biləcəyik. Bu məsələ hökumətin diqqətindədir və mümkün olan vəsaitlər çərçivəsində bu məsələni həll edəcəyik”.

635x100

Şərhlər

t.ədalət 2017-11-22 19:24:04

Nərimanov rayonunda 12 ildən çoxdur ki,əlillər və digər imtiyazlı şəxslərə mənzil verilmir.Təəssüf ki arxa cəbhədə nazirlərin mətbuat katibləri və jurnalistlər üçün az müddətdə xeyli mənzil tikilib paylanıb.

Qoyun 2017-11-22 19:24:04

Nizami rayonda eliller ucun 3 ildiki tikib qutarmisin yanda 10 dene 16 mertebeli evler tikib amma sizin elillere tikdiyiniz helde tikilib qutarmayib Bakida helde biden qarabag eline menzil vermeyib . Men 17 ildiki 1-qrup eli kimi menzil nobesndeyem nobem gelib catmir ozude 2 adam nobede pulum olmadiqi ucun men heri il geri salirlar . Helde gozleyrem o pullara indiye kimi elili qalmazdi deyin ki 60 miliyon hamsin gebinize qoyumusunuz yalndan qoyun xalqa coba basirsiniz evler verik iki uc nefere ferdi ev tiki

Son yazılar