“Daxili valyuta bazarı stabilləşib, məzənnə stabilliyi təmin edilib”

“Son üç ildə - 2014-cü ilin sonlarından etibarən - hiss edilməyə başlanan xarici şoklar, xüsusilə neqativ neft qiyməti şokunun təsiri ilə Azərbaycan iqtisadiyyatında, o cümlədən iqtisadiyyatımızın ayrılmaz tərkib hissəsi olan maliyyə-bank sistemində mürəkkəb vəziyyət müşahidə edilib. Keçən dövr strateji iqtisadi islahat proqramlarının hazırlanması və icrasına başlanması və iqtisadiyyatın yeni şəraitə adaptasiyası dövrü kimi yadda qalıb, eyni zamanda bank sektorunun sağlamlaşdırılması və konsolidasiyası istiqamətində tədbirlər həyata keçirilib”.

“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, artıq cari ilin əvvəllərindən etibarən real sektorda bərpa prosesləri müşahidə edilməyə başlamış, iqtisadiyyatın əsas prioritet sahəsi olan qeyri-neft sektorunda iqtisadi artım neqativ zolaqdan çıxmışdır: doqquz ayın yekunlarına görə qeyri-neft iqtisadiyyatında ciddi artım müşahidə edilmişdir: “Neft qiymətlərindəki neqativ trendin aşağı templə və tərəddüdlərlə olsa da, yüksələn trendlə əvəz olunması tədiyə balansının cari hesabında kəsirdən profisitə keçidə şərait yaratmışdır. İqtisadiyyatın prioritet sahələrinin inkişafı, həmçinin ixracın stimullaşdırılması və dəstəklənməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən islahatlar, eyni zamanda “ucuz manat”a reaksiya olaraq qeyri-neft iqtisadiyyatı üzrə xarici sektor balansında tarazlaşma meylləri müşahidə edilməyə başlamış, 2017-ci ilin ilk yarısında qeyri-neft sektoru üzrə cari hesab kəsri 22,4% kiçilib”.

Z.Nuriyev bildirib ki, cari ildə ölkədən maliyyə axınları əhəmiyyətli dərəcədə azalmış, qeyri-neft sektoruna birbaşa xarici investisiya qoyuluşları artmış, maliyyə hərəkəti hesabında əvvəlki ildə müşahidə edilən kəsir profisitlə əvəz olunmuşdur: “Xarici sektorda müşahidə edilən pozitiv meyllər, eyni zamanda Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilən pul siyasətinin nəticəsi olaraq daxili valyuta bazarı stabilləşmiş və məzənnə stabilliyi təmin edilmişdir. Məzənnə stabilliyinin təmin edilməsi iqtisadiyyatın monetizasiyasının yaxşılaşdırılmasına şərait yaratmış, il ərzində manatla pul bazası 10.3% artırılmışdır”.

635x100

Şərhlər

Ziyafət 2017-11-23 10:11:13

Görəsən hökumət bankların əhalini zəlil etdiyini düşünərək bir tədbir görmək düşünür?

Son yazılar