"Kəlbəcərdə yetişdirilib" pomidorunun sahibi Azərbaycanın 6-cı böyük ixracatçısı çıxdı

Bir müddət əvvəl, mətbuatda Moskvanın iri meyvə-tərəvəz bazarlarında üzərindəki etiketdə "Kəlbəcərdə yetişdirilib" yazılmış pomidorlar satıldığı barədə məlumat yayılmışdı.

Pomidorlar barədə məlumat verilən kağız etiketdə məhsulun Azərbaycan Respublikası, Kəlbəcərdə tam təbii üsulla yetişdirildiyi qeyd olunmuşdu. Əsas maraqlı məqam isə ondan ibarət idi ki, Kəlbəcər erməni işğalında olmasına baxmayaraq, pomidorların etiketində istehsalçısı kimi azərbaycanlı adı - Talıbov Zabil Ocaqverdi oğlu qeyd olunmuşdu.

"Marja"nın əldə etdiyi məlumata görə, Talıbov Zabil Ocaqverdi Azərbaycanda qeyri-neft sektoru ixracatçılarının siyahısında ilk onluqda təmsil olunan fiziki şəxsdir. O, 2017-ci ilin 10 ayı ərzində 16,6 milyon ABŞ dolları məbləğində ixrac reallaşdırıb və ilk onluqda 6-cı yeri tutub. İlk onluqda təmsil olunan digər şəxslər şirkətlərdir.

Talıbov Zabil Ocaqverdi oğlu Yevlax şəhərində yerləşən 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyatdadır.

Ehtimal ki, sahibkar pomidorların etiketində Kəlbəcər yazmaqla bu rayonun Azərbaycana məxsus olduğunu təbliğ edib.

635x100

Şərhlər

kohne 2017-11-23 10:37:46

Istehsalci-Talibov Zabil.Kelbecerlidir.

Konul 2017-11-23 10:37:46

Aferin.Cox dogru edib.Esl tebligat budur

Son yazılar