«Mladiçə çıxarılmış məhkəmə hökmü ədalətin təntənəsidir» - BMT

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatında (BMT) keçmiş Yuqoslaviya üzrə Beynəlxalq tribunalın, Bosniya serbləri ordusunun keçmiş komandiri Ratko Mladiçin barəsində çıxartdığı hökmü şərh ediblər. İnsan hüquqları üzrə BMT Ali komissarı Zeyd Raad əl-Hüseyn bəyan edib ki, məhkəmənin qərarı «ədalətin təntənəsi»dir.

«Bugünkü hökm - belə cinayətlər törətmiş şəxslərə bir xəbərdarlıqdır ki, onlar nə qədər güclü olsalar da, cinayətlərinin üstündən nə qədər vaxt keçməsinə baxmayaraq, cəzadan qaça bilməyəcəklər. Onlar məsuliyyətə cəlb olunacaqlar» - deyə, Ali komissar qeyd edib və Mladiçi «şərin rəmzi» adlandırıb.

Hökmü BMT Baş Məclisi 72-ci sessiyasının sədri Miroslav Layçek də alqışlayıb. Onun fikrincə, «Mladiç, Bosniya və Herseqovinadakı müharibənin dəhşəli xarakterinin simvoludur və heç kim məhkəmənin bu qərarını şübhə altına ala bilməz».

Xatırladaq ki, Mladiç Haaqa məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Deməli, bu sıradan daha bir canini «ədalətin təntənəsi» gözləyir - onun adı Serj Sərkisyandır! Di qoy, ədalət növbəti dəfə zəfər çalsın...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar