Rusiya səsdən iti uçan bombardımançılarını modernləşdirir

Rusiya özünün uzaq donanmasındakı “Tu-22M3” bombardmançılarını (NATO kodlaşdırmasına görə “Bacfire”) modernləşdirməyi və onlarda yeni mühərrik və avionika quraşdırmağı planlaşdırır. Əgər hər şey plana uyğun şəkildə gedəcəksə, onda modernləşdiriləcək 30 təyyarədən birincisi artıq gələn il səmaya qalxacaq.

“Tupolev” konstruktor bürosunun direktoru Aleksandr Konyuxov “TASS” agentliyinə verdiyi müsahibəsində deyib: “2018-ci ildə ilk modernləşdirilmiş “Tu-22M3” səmaya qalxacaq və bundan sonra irəlidə silahlanmanın yeni dövlət proqramına uyğun olaraq döyüş cərgəsindəki təyyarələrin modernləşdirilməsinə başlanılacaq. Hər şey müəyyənləşmiş bu proqram üzrə həyata keçiriləcək”.

Səsdən iti uçan ilk “Tu-22” bombardmançısı soyuq müharibə dövründə - 1983-cü ildə döyüş cərgəsinə qəbul olunub. Bu təyyarələr əvvəllər də modernləşmə keçiblər. Amma indiki modernləşdirmə həmin təyyarələrin Rusiya Hərbi Hava Qüvvələrinin tərkibindəki ilkin istehsal versiyasından bu günə məruz qalan ən iri miqyaslı yenilənmə prosesidir.

Planerin ömrünün uzadılmasından başqa, ”Tu 22M3” bombardmançısının modernləşdirilməsinə “SVP-24-22” tuşlayıcı siteminin, ”HB-45” radarının pilotun kabinəsinə quraşıdırılması da daxildir. Bundan başqa ruslar indiki “Kuznetsov HK-25” mühərrikini, hal-hazırda “Tu-160M2” (NATO kodlaşdırmasına görə-“Blackjack”) bombardmançılarının yenilənməsi üçün nəzərdə tutulan daha müasir və daha qənaətçil “HK-32-02” mühəriklərilə əvəzləməyi planlaşdırır.

“Tu-22M3M” bombardmançısı “Tu-160M2” təyyarəsində olduğu kimi büsbütün yeni avionikaya mailk olacaq. Bu, həmçinin naviqasiya-tuşlayıcı kompleksə də aiddir. Hərbi Dəniz Analizi Mərkəzinin (Center for Naval Analysis) Rusiya hərbi texnikası üzrə eksperti Maykl Kofman bu modernləşdirmə proqramının bəzi aspektlərinə müəyyən qədər skeptik yanaşır. Kofman düzgün olaraq qeyd edir ki, mövcud planerin mühərrəkinin dəyişdirilməsi mürəkkəb mühəndis işləri tələb edəcək.

Bundan əlavə “TASS” xəbər verir ki, ”Tu-22M3M” gəmilərəleyhinə modernləşdirilmiş “X-32” raketinin daha müasir versiyası “X-22” raketləri ilə təchiz ediləcək (NATO kodlaşdırmasına əsasən - “AS-4 Kitchen”) Bu böyük raketdir (onun çəkisi 5800 kiloqramdır) və 4,5Max (təxminən 4500 km/saat) sürətə malikdir. Onun maksimal uçuş hündürlüyü 40 kilometr, fəaliyyət radiusu isə min kilometrə bərabərdir. ”X-22” raketinin adi döyüş başlığının çəkisi 500 kiloqramdır və lazım olan təqdirdə nüvə başlığı da daşıya bilər. ”Tu-22M3M” öz gövdəsinə bu cür üç raket götürmə qabiliyyətinə malik olacaq.

Hərçənd ki, ”Tu-22M3M” bombardmançısı və “X-32” raketləri kağız üzərində əla görünür, ancaq hədəfin tuşlanması onun zəif yeri olmaqda qalmaqdadır. ”X-32” raketləri inersial naviqasiya, GPS/GLONASS sistemi və hədəflərə tuşlanan aktiv radarlarla birgə istifadə olunur. Amma min kilometrə qədər uzanan məsafə “Tu-22M3M” bombardmançılarında quraşdırılan datçiklərin fəaliyyət radiusunu aşır. Sovet dövründə hədəfə tuşlanma üçün kosmosda yerləşdirilmiş, lakin indi mövcud olmayan “EORSAT” kəşfiyyat sistemindən yararlanılırdı.

Hələlik bu gün rusların hədəfə tuşlana bilmək problemini necə həll etmələri aydın deyil. ABŞ Hərbi Dəniz Qüvvələrinin də bu cür problemləri tamamilə həll etdiklərini söyləmək olmaz. Lakin Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiəsi üçün lazım olan “atəşin idarə edilməsinin inteqrasiya sistemi” tamamilə hazır olduqdan sonra, bunun öhdəsindən Birləşmiş Ştatların müəyyən dərəcədə gələ bilməsi barəsində danışmaq olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar