ABŞ «İŞİD»-dən sonra da ordusunu Suriyada saxlamaq niyyətindədir - İndi kimə qarşı?

ABŞ-ordusu«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İŞİD məhv ediləndən sonra da Amerika Birləşmiş Ştatları (ABŞ) öz ordusunu Suriyada saxlamaq niyyətindədir. Birləşmiş Ştatlar Suriyanın şimalında ayrıca administrasiya təsis etməyi planlaşdırır.

Ağ Ev Suriyada öz hərbi iştirakını ona görə saxlamaq istəyir ki, «Suriya demokratik qüvvələri» adlandırılan kürd silahlı dəstələrinə dəstək verə bilsin. Bu barədə «The Washington Post» qəzeti yazıb. Başqa sözlə, ABŞ Yaxın Şərqə «yeni və daha idbar bir terror» gətirir.

Qəzetin yazdığına görə, amerikalılar bu üsyançılara (PKK-nın Suriya qolu - red.) təlim keçərək, guya, İŞİD-lə mübarizədə onların köməyindən istifadə edirmiş. İndi isə onların ölkənin şimalında yerləşməsi prezident Bəşər Əsədi müxalifətlə dialoqda güzəştlərə getməyə məcbur edəcək. Onların arasında danışıqlar gələn həftə Cenevrədə yenilənəcək.

Pentaqon Suriyada öz missiyasının başa çatması üçün üzərinə heç bir zaman çərçivəsi götürməyib - bu barədə ötən həftə ABŞ müdafiə naziri Ceyms Mettis bilirib. Onun sözlərinə görə, ABŞ ordusu uzun illər ərzində bu ölkədə qala bilər.

Hərbi idarə rəsmi olaraq Suriyada 500 hərbçisinin olduğunu etiraf edir. Ancaq «The Washington Post» yazır ki, reallıqda bu rəqəm xeyli yüksədir və 4000 nəfərə çata bilər.

Rusiya və İran da İŞİD üzərində yekun qələbə çalınandan sonra ordu hissələrinin bir qismini Suriyada saxlamaq planlarını elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar