AMEA-da Yalançı Elmə Qarşı Mübarizə Komissiyası yaradılıb - Amma görməyə iş yoxdur

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiya yaradıldı. Komissiyanın yaradılmasında məqsəd yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirməkdir.

Maraqlıdır, komissiyanın son gördüyü işlər nələrdir?

Məsələ ilə bağlı Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyanın sədri, akademik Dilqəm Tağıyev Modern.az-a açıqlama verib:

“Bildiyiniz kimi keçən il mətbuatda AMEA-da Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyanın yaradıldığı yayımlandı. Həmin xəbər yayılandan sonra inanırsınız, bizə heç bir müraciət daxil olmayıb. Komissiyanın yarandığını görəndən sonra yazan kimsə yoxdur. Əvvəllər ayrı-ayrı bölmələrə gəlib yazırdılar. İndi onlar dayanıb, təzə heç nə almamışıq.

Digər tərəfdən komissiyaya müraciətlər daxil olmalıdır ki, biz də nəsə edə bilək. Yoxsa camaatın hər dediyinə məsuliyyət daşıya bilmərik, onlar çox söz deyə bilərlər. Əgər yalançı elmlərlə əlaqədar olan məsələlər qalxsa, biz rekasiya verib cavab verməliyik”.

D.Tağıyev qeyd edib ki, Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiya müraciət daxil olmadan heç bir şey edə bilməz:

“Bizə müraciət daxil olarsa, onu lazimi olan bölmələrə yönləndiririk, orada 3-4 nəfərdən ibarət ekspert qrupu yaradılır və bu istiqamətdə analiz edilir, araşdırmalar aparılır. Müxtəlif sahələrin müxtəlif mütəxəssisləri var. Ona görə də konkret məsələ ilə əlaqədar ekspert qrupu durduq yerə yox, lazım olan zaman yaradılmalıdır. Biz özbaşına kiminsə hansısa sayta nəsə deməsini araşdıra bilmərik. Buna heç vaxt, imkan , ehtiyac da yoxdur. Çünki internetdə, saytlarda bu gün hər şey çap edirlər. Bunların hamısına reaksiya vermək çətin məsələdir. Gərək elə məsələlər qalxsın ki, biz də onun nə qədər əsaslı və ya əsassız olduğu ilə məşğul olub araşdıraq.

Düşünürəm ki, əksəriyyət komissiyanın bu işləri araşdırıb dəqiq cavab verəcəyindən ehtiyat edirlər. Bu baxımdan risk edən də yoxdur”.

Komissiyanın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının NəsrəddinTusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib ki,bu gün xüsusilə NASA-nın adından yalan məlumatlar yayılır:

“Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiya hələ yeni-keçən ilin axırında yaradılıb. Hələ ki bizə bununla bağlı rəsmi müraciət daxil olmayıb. Saytlarda hər gün dünyanın axırı, hansısa planetin Yerə yaxınlaşması və bu kimi məlumatlar yayılır. Bu gün internetdə hər kəs ağlına nə gəldi yazır. Biz bunların hamısına cavab verə bilmərik. Çox vaxt da NASA-nın adından istifadə edilərək, yalan informasiyalar yayılır. Halbuki, NASA-nın rəsmi saytı məlumdur və orada ictimaiyyətə açıq olan məlumatlar qeyd edilir. Bu baxımdan insanlara rəsmi sayta baxıb, yayılan məlumatları dəqiqləşdirməyi tövsiyə edərdik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar