DEPUTATDAN YERSİZ və ZİYANLI AÇIQLAMA – Krımı Dağlıq Qarabağla müqayisə etdi

Dərc olunub: 23/11/2017 - 14:44

84941ae32d75aca8eeadd7470f39187c

“Əgər Rusiyanın tarixi torpağı Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz tarixi torpağı Qarabağ geri qaytarmaq haqqıdır”. APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin Sankt-Peterburq şəhərində “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.

“Bu gün burada Krımın geri qaytarılmasından danışıldı. Qeyd olundu ki, Rusiya öz tarixi torpağı olan Krımı geri qaytarıb. Əgər Rusiyanın tarixi torpağı olan Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz əzəli tarix torpağı olan, Ermənistanın işğalı altındakı Dağlıq Qarabağı geri qaytarmağa haqqı var. Bizim də buna haqqımız çatır”, - deyə Azərbaycandakı Rus İcmasının sədri vurğulayıb.

M. Zabelin Qarabağ müharibəsi zamanı Azərbaycanda olan bütün xalqların, din nümayəndələrinin vətən torpağı uğrunda vuruşduğunu qeyd edib.

“AzPolitika.info” qeyd edir ki, deputatın bu müqayisəsi yersiz və ziyanlıdır. Çünki, dünya ictimaiyyəti Krımı Rusiyanın ərazisi kimi tanımır. Əksinə Rusiya tərəfindən Krımın işğal etdildiyi qəbul olunur. Azərbaycan da Krımı Ukraynanın ərazisi kimi tanıyır. Bu mövqeyini beynlxalq təşkiltlardakı müzakirələrdə açıq bəyan etməkdən çəkinməyib.

Dağlıq Qarabağın isə Azərbaycan ərazisi olduğu, Ermənistan tərəfindən işğal edildiyi dünya ictimaiyyəti tərəfindən qəbul edilir. BMT-nin qətanamələrində, AŞPA-da qəbul edilən sənədlərdə birəmalı şəkildə Ermənistanın Azərbaycan torpaqlarını işğal ertdiyi öz əksini tapır.

Yəni, Azərbaycan Rusiya kimi beynəlxalq ictimaiyyət tərəfindən başqa bir ölkənin vilayəti  kimi tanınan, tarix boyu müxtəlif ölkələrin nəzarətində olan ərazini deyil, həm hüquqi, həm də tarixi baxımdan özünə aid olan torpaqların geri qaytarılmasını tələb edir. Buna görə də hansı səbəbdən söylənilməsindən asılı olmayaraq deputat M. Zabelinin müqayisəsi yersizdir və Azərbaycanın dövlət maraqlarına uyğun hesab edilə bilməz.

Rasim
AzPolitika.info


loading...




Fikrinizi bildirin