“Avtobusda gediş haqqı bahalaşacaqsa…” – Parlamentə büdcə müzakirəsi

Dərc olunub: 23/11/2017 - 14:23

siyavuz_(801)“Azərbaycanın dövlət büdcədə sosial sahəyə xüsusi diqqət yetirilir. Qarabağ müharibəsi veteranlarının sayı 60 və ya 90 min göstərilir. Lakin onlara ayrılan vəsaitlərin miqdarı 50 manatdır. Həmin vəsait təyin olunandan bu günə qədər dəyişməyib. Kommunal xərclər artırılırsa, bu rəqəmdə də dəyişiklik edilməlidir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” layihənin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, Azərbaycanda bu məsələyə yanaşma fərqlidir: “Azərbaycanda Qarabağ veteranları, Əfqanıstan veteranları, şəhid ailələri var. Onların sayı çoxaldıqca sosial müdafiəsi ilə məşğul olmalıyıq. Avtobusda gediş haqqı 20 qəpikdir, bu bahalaşacaqsa, onlara verilən vəsait də artırılmalıdır. Çünki xərclər çoxalır. Onların 12 min nəfəri pensiyaçıdır. Vətəndaşımız dövlət orqanından narazı düşməməli, öz haqqını almalıdır”.
S.Novruzov əlavə edib ki, Azərbaycanda şəhid ailələr və veteranlar üçün evlər verilir, lakin Əfqanıstan veteranlarına verilmir: “Hər ev paylananda bunların 4-5 nəfərinə ev vermək olar”.


loading...




Fikrinizi bildirin