"Ermənistanda müharibədə əlil olanlara 10 min dollar verilir" - Zahid Oruc

“Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və əlillərinə verilən müavinətlər artırılmalıdır”.

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib. O bildirib ki, hazırda I qrup Qarabağ müharibəsi əlilinə 401, II qrup əlillərə isə 290 manat müavinət verilir: “Bu, bizim verdiyimiz qiymətdir. Ermənistanda xüsusi fond yaradılıb və bu fond vasitəsilə müharibədə ölənlərin ailələrinə 20 min dollar, əlil olanlara 10 min dollar vəsait verilir. Bu, indiki kursla təxminən 34 min manat edir. Azərbaycan neft ölkəsidir. Hesab edirəm ki, Azərbaycanın Qarabağ müharibəsi əlillərinin şəraitinin daha da yaxşılaşdırılması üçün imkanları var”.

Millət vəkili əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən birinin Qarabağ müharibəsi əlili olmasını təklif edib. Onun fikrincə, Qarabağ müharibəsi əlili problemlərə daha yaxından bələd olduğundan onların problemlərinin həllində yaxından iştirak edə bilər.

635x100

Şərhlər

Elçin 2017-11-23 14:35:25

Zahid düşmənimiz kasıb olsa da bir məqsədi var. Bizim Qarabağı və torpaqlarımızı işğal ediblər, indi isə qorumaq və özəlləşdirməkdir. Bizdə isə bezi məmurlar,deputatlar,vəzifəlilərin fikri torpaq,vətən deyil,rüşvət, korrupsiya,pul,millətimizin,xalqımızın milyardlarla pulun yemək, atmaq və başqa çirkin əməllərdir. Bizdə heç bir məmur uşağı vətəni qorumur. Bizdə vətəni qoruyanlar pis gündə,nadan məmurlar isə şahlar,karollar kimi yaşayırlsar.Sən dolayısı düz deyirsən düşməndən ibrət dərsi götürmək lazımdır

t.ədalət 2017-11-23 14:35:25

Bizdə isə göstəriş verilib ki,müharibədə yaralanmağa görə sığorta pulu da ödənilməsin.Avtomobil növbəsində duranlara verilən 22 manat yol pulu da il yarımdır ki,ödənilmir.İndi dövlətimiz məmurlara çay daşıyan katibə-mətbuat katiblərini döyüşçü əsgərlərdən qat-qat üstün tutur.

Son yazılar