Deputatlar təzə avtomobillər istəyirlər - 1,2 milyon manat lazımdı

“2018-ci ilin dövlət büdcəsində Milli Məclis üçün ayrılan vəsaitin həcmi 24 milyon 232 min 55 manat təşkil edəcək. Xərclər smetasının 68 faizini əmək haqqı fondu təşkil edir”.Bunu musavat.com-un məlumatına görə, Milli Məclisdəki büdcə müzakirələrində Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev söylədi.

F.Hacıyev dedi ki, parlamentə gələn qonaqların və xaricə gedən deputatalara görə ezamiyyətlərin sayı artıb. Ona görə də əlavə vəsaitə ehtiyac var. Odur ki, o, xarici ezamiyyətlər üçün 200 min manat, digər zəruri məsələlərin həlli üçün 300 min manat, mətbəə xərclərinə 50 min manatın ayrılmasını xahiş etdi. F.Hacıyev eyni zamanda MM-in avtoparkının yenidən qurulması və avtomobillərin alınması üçün 1 milyon 200 min manat əlavə vəsait ayrılmasını zəruri saydı, həmçinin televiziya mərkəzinin qurulması və yeni monitorların alınması üçün əlavə vəsaitin nəzərdə tutulmasını istədi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar