Tovuzda 27 yaşlı qadın bit dərmanı içdi ki ölsün, amma…

Dərc olunub: 23/11/2017 - 17:50

sirke_turshusu.060917Tovuzda 27 yaşlı qadın canına qəsd edib.

Trend-in məlumatına görə, hadisə bu gün baş verib.

Rayonun İbrahim Hacılı kənd sakini, 1990-cı il təvəllüdlü Abdullayeva Aytən Vaqif qızı evlərində bit dərmanı içib.

Qadın təcili xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar aparılır. A.Abdullayevanın ailə münaqişəsi zəminində intihara cəhd etdiyi bildirilir.


loading...




Fikrinizi bildirin