«ABŞ-dan qorunmaq üçün Sudana kömək lazımdır» – Ömər əl-Bəşir

Dərc olunub: 23/11/2017 - 21:00

1506007267«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Sudanın Prezidenti Ömər əl-Bəşir bəyan edib ki, Sudan Amerika Birləşmiş Ştatlarının (ABŞ) ərəb ölkələrinin, xüsusilə də İraqın daxili işinə qarışmasının əleyhinədir və Vaşinqtonun aqressiv fəaliyyətindən müdafiə olunmaq üçün Hartumun köməyə ehtiyacı var.

«Biz, Vaşinqtonun ərəb ölkələrinin daxili işinə qarışmasının əleyhinəyik və bu mövqe ayrılıqda, ABŞ-ın İraqdakı müdaxiləsinə də aiddir» – deyə, əl-Bəşir Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

Sudan Prezidenti qeyd edib ki, Sudanda yaranmış vəziyyət ABŞ siyasətinin nəticəsidir.

«Nəticədə, belə alındı ki, bizim ölkəmiz iki hissəyə parçalındı. Bu da vəziyyətin daha da pisləşməsinə gətirib çıxartdı. İndi biz, ABŞ-ın aqressiv fəaliyyətindən qorunmaq üçün köməyə möhtacıq» – əl-Bəşir əlavə edib.


loading...




Fikrinizi bildirin