Sabirabadda avtomobil beton dirəyə çırpılıb, 2 nəfər xəsarət alıb

Dərc olunub: 23/11/2017 - 22:06

Qezada-sinmish-padpres-180912Axşam saatlarında Sabirabad rayonunun Cavad kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Cavad kənd sakini, 34 yaşlı Elgül Elşad oğlu Cəbrayılovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil dəmir-beton dirəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Qədirov Davud müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


loading...




Fikrinizi bildirin