Mingəçevirdə sükan arxasında infarkt keçirən sürücü dünyasını dəyişib

Dərc olunub: 23/11/2017 - 22:24

ab3cd327-b2f8-4d54-92ad-11556a89bde4_292Mingəçevir şəhərində sükan arxasında infarkt keçirən sürücü dünyasını dəyişib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Nəsimi küçəsində baş verib.
“VAZ-2107” markalı maşın ilə evinə gedən Mahmudov Rəcəb Soltan oğlu qəfildən sükan arxasında infarkt keçirib.

Maşındakıların köməkliyi ilə avtomobili durdurmaq mümkün olub. Halsız və huşsuz vəziyyətdə olan sürücü təcili xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.


loading...




Fikrinizi bildirin